Pleyeri seçin:

“Bir dəqiqə, əl vurmayın!” | Qalmaqal: Bu şirkət insanlara kələk gəlirmiş? - Baku TV

15 yanvar 2026 191 baxış

Sosial şəbəkələrdə “Tiens” şirkəti ilə bağlı şikayətlərin sayı artmaqdadır.

Vətəndaşların sözlərinə görə, şirkət onlardan “işə düzəltmək” adı altında pul alıb, lakin sonradan heç bir işlə təmin etməyib. İddia olunur ki, bu hallar uzun illərdir davam edir. Buna baxmayaraq, şirkət hələ də fəaliyyət göstərir.

Baku TV məsələni aydınlaşdırmaq məqsədilə sözügedən şirkətin yerləşdiyi ünvanda çəkiliş aparıb.

“Tiens” şirkətinin nümayəndəsi Bəxtiyar Cəfərov bildirib ki, məsələ ilə bağlı məlumatlıdırlar və hüquq-mühafizə orqanlarına müvafiq informasiyalar təqdim edilib:

“Hazırda məsələ araşdırılır. “Tiens” şirkətinin konsepsiyasında kimlərinsə məhsul satmağa məcbur edilməsi kimi hallar yoxdur. Biz, sadəcə, şirkətin Azərbaycandakı nümayəndəliyi olaraq qida əlavələrinin satılması ilə maraqlanan şəxslərə maarifləndirici məlumatlar təqdim edirik”.

Bəs vətəndaşlar iş elanlarına baxarkən nələrə diqqət etməlidirlər?

İnsan resursları üzrə mütəxəssis Aydan Yüzbaşova mövzu ilə bağlı bildirib ki, iş elanlarında vəzifə, öhdəliklər və tələblər aydın şəkildə göstərilməlidir:

“Elanlarda şirkət haqqında məlumatlar şəffaf olmalıdır. Şirkətin hüquqi ünvanı, əlaqə nömrəsi, tam adı və elektron poçt ünvanı qeyd edilməlidir. İşə qəbul zamanı namizədlərdən heç bir ödəniş tələb olunmur. Sənədləşmə, qeydiyyat və ya təlim adı altında pul istənilməsi fırıldaqçılıq əlamətidir. İnsan resursları nümayəndəsi görüş zamanı işlə bağlı konkret və dolğun məlumat verməli, namizədi tələsdirməməli və ona psixoloji təzyiq göstərməməlidir”.

"Qonaqlar burada fərqli atmosferlərə düşür" | Bakı İllüziya Muzeyi fəaliyyətə başladı - Baku TV

"Qonaqlar burada fərqli atmosferlərə düşür" | Bakı İllüziya Muzeyi fəaliyyətə başladı - Baku TV

Cəmiyyət
19 mart 2026 191 baxış
Dövlət qulluqçularına verilən mükafat və əlavələr ləğv olunaraq əməkhaqlarına daxil edildi - Baku TV

Dövlət qulluqçularına verilən mükafat və əlavələr ləğv olunaraq əməkhaqlarına daxil edildi - Baku TV

Cəmiyyət
19 mart 2026 191 baxış
"Xəbərsiz quraşdırıb, dünəndən danışır" | Kamera narazılığa səbəb olursa, nə etmək olar? - Baku TV

"Xəbərsiz quraşdırıb, dünəndən danışır" | Kamera narazılığa səbəb olursa, nə etmək olar? - Baku TV

Cəmiyyət
19 mart 2026 191 baxış
Sahibkarlara 15 dövlət qurumu tərəfindən xidmət göstəriləcək

Sahibkarlara 15 dövlət qurumu tərəfindən xidmət göstəriləcək

Cəmiyyət
19 mart 2026 191 baxış
Yüksək performans, premium komfort | "ROX ADAMAS" modelinin üstünlükləri nələrdir? - Baku TV

Yüksək performans, premium komfort | "ROX ADAMAS" modelinin üstünlükləri nələrdir? - Baku TV

Cəmiyyət
19 mart 2026 191 baxış
"Qısaqapanmalar buna görə olur" | Pula qənaət üçün faciə riski yaradanlar - Baku TV

"Qısaqapanmalar buna görə olur" | Pula qənaət üçün faciə riski yaradanlar - Baku TV

Cəmiyyət
19 mart 2026 191 baxış
Mart ayının 30-na qədər... | Bölgələrə gedənlərin nəzərinə - Baku TV

Mart ayının 30-na qədər... | Bölgələrə gedənlərin nəzərinə - Baku TV

Cəmiyyət
19 mart 2026 191 baxış
"Təbii qızıləhmədi almasıdır, qiyməti..." | Bayram ərəfəsində bazarda qiymətlər necədir? - Baku TV

"Təbii qızıləhmədi almasıdır, qiyməti..." | Bayram ərəfəsində bazarda qiymətlər necədir? - Baku TV

Cəmiyyət
19 mart 2026 191 baxış
"İllərlə çox əziyyət çəkdik" | Heyvalı kəndi illər sonra doğma sakinlərinə qucaq açır - Baku TV

"İllərlə çox əziyyət çəkdik" | Heyvalı kəndi illər sonra doğma sakinlərinə qucaq açır - Baku TV

Cəmiyyət
19 mart 2026 191 baxış
"Baku TV" Həsənriz kəndində Salahovlar ailəsinin qonağı oldu - Baku TV

"Baku TV" Həsənriz kəndində Salahovlar ailəsinin qonağı oldu - Baku TV

Cəmiyyət
19 mart 2026 191 baxış
Seçilmişlər
icon