Pleyeri seçin:

Bu dərmanlar icbari tibbi sığorta ilə qarşılanacaq | Qiymət onda fərqli ola bilər ki...

30 yanvar 2025 313 baxış

Ambulator şəraitdə resept əsasında istifadə olunan dərman vasitələrinin mərhələli qaydada icbari tibbi sığorta ilə qarşılanması nəzərdə tutulub.

Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.

Qeyd edilib ki, 2025-ci ildə ürək-damar sistemi xəstəlikləri, növbəti illərdə isə həzm və tənəffüs sistemi xəstəlikləri üçün dərman vasitələrinin sığortaya daxil edilməsi planlaşdırılır.

“Bununla bağlı, “Tibbi sığorta haqqında” Qanuna dəyişiklik Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə ötən ilin sonu təsdiq olunub. Qanunun tələbindən irəli gələn tapşırıqların icra edilməsinə, mexanizmlərin yaradılmasına yarım ilə yaxın vaxt tələb olunduğundan dərman təminatına bu ilin 2-ci yarısında başlanılması nəzərdə tutulub.

Yenilənən Xidmətlər Zərfində təminata alınan dərmanların əsas təsiredici maddəsi və dozası, yəni dərmanın tərkibi qeyd olunacaq. Buna əsasən icbari tibbi sığorta hesabına qarşılanan dərmanlarla bağlı pozitiv siyahı hazırlanacaq. Pozitiv siyahıda dərmanların brend adları və qiymətləri olacaq. Dərmanların qiyməti 2 hissədən ibarət olacaq: Sığorta tərəfindən ödəniləcək məbləğ və vətəndaş tərəfindən ödəniləcək məbləğ”, – deyə Agentlikdən bildirilib.

Vuğulanıb ki, eyni təsiredici maddənin olduğu dərmanların qiymətləri istehsalçıdan və ölkələrdən asılı olaraq fərqli ola bilər.

“Sığorta tərəfindən eyni tərkibli dərman istehsalçılarının hər birinə eyni məbləğ ödəniləcək. Vətəndaş tərəfindən seçilən dərmanın qiymətindən asılı olaraq, onun ödədiyi məbləği isə fərqli ola bilər”.

"Bizi aldadırlar!" - Bu binada yaşayanlar qorxu içindədir: "Töküləcək başımıza!" - Baku TV

"Bizi aldadırlar!" - Bu binada yaşayanlar qorxu içindədir: "Töküləcək başımıza!" - Baku TV

Cəmiyyət
03 mart 2026 313 baxış
Laçında Od çərşənbəsi belə qeyd olunur | Abdullayevlər ailəsində bayram sevinci - Baku TV

Laçında Od çərşənbəsi belə qeyd olunur | Abdullayevlər ailəsində bayram sevinci - Baku TV

Cəmiyyət
03 mart 2026 313 baxış
Artıq çəki yalnız iradə ilə bağlı deyilmiş

Artıq çəki yalnız iradə ilə bağlı deyilmiş

Cəmiyyət
03 mart 2026 313 baxış
Xərçəng immun sistemini necə aldadır?

Xərçəng immun sistemini necə aldadır?

Cəmiyyət
03 mart 2026 313 baxış
Bu gün Azərbaycanda Od çərşənbəsi qeyd olunur - Baku TV

Bu gün Azərbaycanda Od çərşənbəsi qeyd olunur - Baku TV

Cəmiyyət
03 mart 2026 313 baxış
“Yaxına gedin, özünüz görəcəksiniz” | Sumqayıtdakı obyekt sakinləri özündən çıxardı - Baku TV

“Yaxına gedin, özünüz görəcəksiniz” | Sumqayıtdakı obyekt sakinləri özündən çıxardı - Baku TV

Cəmiyyət
03 mart 2026 313 baxış
Ramazan ayının 13-cü gününün duası - Baku TV

Ramazan ayının 13-cü gününün duası - Baku TV

Cəmiyyət
02 mart 2026 313 baxış
Avtomobil alanların nəzərinə | Bu cür aldadıla bilərsiniz! - Baku TV

Avtomobil alanların nəzərinə | Bu cür aldadıla bilərsiniz! - Baku TV

Cəmiyyət
02 mart 2026 313 baxış
Təranə Muradova ilə şagirdlər arasında görüş keçirildi

Təranə Muradova ilə şagirdlər arasında görüş keçirildi

Cəmiyyət
02 mart 2026 313 baxış
"Vallah, dözə bilmirik!" | Sakinlər üsyan etdi: "Dedilər ki, mümkün deyil, dağılacaq..." - Baku TV

"Vallah, dözə bilmirik!" | Sakinlər üsyan etdi: "Dedilər ki, mümkün deyil, dağılacaq..." - Baku TV

Cəmiyyət
02 mart 2026 313 baxış
Seçilmişlər
icon