Pleyeri seçin:

Bu gün Kəlbəcər şəhərinin işğaldan azad olunmasının altıncı ildönümüdür - Baku TV

25 noyabr 2026 39 baxış

Noyabrın 25-i Kəlbəcər Şəhəri Günüdür. Ermənistan işğalçı ordusunun rayonu tərk etməsindən 6 il ötür.

Prezident İlham Əliyevin 2023-cü ilin iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il noyabrın 25-i Kəlbəcər Şəhəri Günü kimi təntənəli şəkildə qeyd edilir.

Kəlbəcərin azad edilməsi Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin siyasi liderliyi, sərkərdəlik qabiliyyəti və Azərbaycan Ordusunun Vətən müharibəsindəki uğurlu hərbi əməliyyatları nəticəsində mümkün olub.

Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın 2020-ci il noyabrın 10-da 44 günlük müharibənin nəticələrinə uyğun olaraq imzaladıqları bəyanata əsasən, Kəlbəcər noyabrın 15-də Azərbaycana qaytarılmalı idi. Lakin Ermənistan tərəfi ordunun və qanunsuz olaraq yerləşdirdiyi insanların rayondan çıxarılması üçün əlavə 10 gün vaxt istədi. Ona görə də Azərbaycan dövləti öz humanist xarakterini bir daha nümayiş etdirməklə müddəti noyabrın 25-dək uzatdı.

Xatırladaq ki, terrorçu-işğalçı erməni silahlı dəstələri 1993-cü il aprelin 2-də Kəlbəcəri işğal etmişdi. İşğal nəticəsində 53 340 nəfər öz yurdundan didərgin düşüb, 55 hərbçi, 511 mülki sakin öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb, minlərlə sakin yaralanıb.

Hazırda Kəlbəcərdə bərpa-yenidənqurma işləri aparılır, yeni infrastruktur qurulur, rayon dirçəldilir. Rayon ərazisində yolların tikintisi, bütün infrastrukturun bərpası istiqaməti üzrə müvafiq işlər davam etdirilir.

Banner
Gəncliyin sirri açıldı? - Qocalmağı ləngitmək mümkün olacaq? - Baku TV CANLI

Gəncliyin sirri açıldı? - Qocalmağı ləngitmək mümkün olacaq? - Baku TV CANLI

Cəmiyyət
25 noyabr 2026 9 baxış
Yol polisi hansı məqamlarda ehtiyatlı olmağı tövsiyə edir? - Baku TV

Yol polisi hansı məqamlarda ehtiyatlı olmağı tövsiyə edir? - Baku TV

Cəmiyyət
25 noyabr 2026 69 baxış
İlkin səhiyyə xidmətində yeni təşəbbüs | Hipertenziyanın qarşısı necə alınacaq? - Baku TV

İlkin səhiyyə xidmətində yeni təşəbbüs | Hipertenziyanın qarşısı necə alınacaq? - Baku TV

Cəmiyyət
25 noyabr 2026 76 baxış
Paytaxt sakinlərinin nəzərinə: 18 marşrutun hərəkət sxemi dəyişdirilir - Baku TV

Paytaxt sakinlərinin nəzərinə: 18 marşrutun hərəkət sxemi dəyişdirilir - Baku TV

Cəmiyyət
24 noyabr 2026 62 baxış
Təlim və güzəştli xidmətlər | Sahibkarlar bu imkanlardan necə yararlana biləcəklər? - Baku TV

Təlim və güzəştli xidmətlər | Sahibkarlar bu imkanlardan necə yararlana biləcəklər? - Baku TV

Cəmiyyət
24 noyabr 2026 44 baxış
"Sabah" və "Barselona" oyunu günü şəhərdə nəqliyyat necə təşkil olunacaq? - Baku TV CANLI

"Sabah" və "Barselona" oyunu günü şəhərdə nəqliyyat necə təşkil olunacaq? - Baku TV CANLI

Cəmiyyət
24 noyabr 2026 215 baxış
"Hər dəfə 15 kq ət alırıq" | 10 uşaqlı ailənin bir günü necə keçir? - ARZUNUN VAXTI

"Hər dəfə 15 kq ət alırıq" | 10 uşaqlı ailənin bir günü necə keçir? - ARZUNUN VAXTI

Cəmiyyət
24 noyabr 2026 207 baxış
Müharibənin dayanması kifayət edəcək? | Təhlükəsizlik üçün hansı yol seçiləcək? - ƏSAS XƏBƏR

Müharibənin dayanması kifayət edəcək? | Təhlükəsizlik üçün hansı yol seçiləcək? - ƏSAS XƏBƏR

Cəmiyyət
24 noyabr 2026 198 baxış
Kiçik fermerlər böyük təsərrüfatlara qoşulur, qazanc müqavilə ilə həll olunur - AKTUAL GÜNDƏM

Kiçik fermerlər böyük təsərrüfatlara qoşulur, qazanc müqavilə ilə həll olunur - AKTUAL GÜNDƏM

Cəmiyyət
24 noyabr 2026 205 baxış
Qiymətli metalın bir unsiyasının qiyməti 3500 dollar səviyyəsinədək geriləyib

Qiymətli metalın bir unsiyasının qiyməti 3500 dollar səviyyəsinədək geriləyib

Cəmiyyət
24 noyabr 2026 200 baxış
Seçilmişlər
icon