Cəmiyyət
Pleyeri seçin:

Bunlara mütləq əməl edin | FHN-dən əhaliyə vacib çağırış

15 iyul 2024

Əkin sahələrində texniki cəhətdən saz vəziyyətdə olmayan kənd təsərrüfatı texnikaları yanğın təhlükəsi yaradır.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, yay mövsümü insanların təbiət qoynunda istirahətə marağının artması ilə yanaşı, kənd təsərrüfatı sahəsində fəaliyyətin daha da aktivləşməsi ilə müşayiət olunur:

“Havanın yüksək temperaturu, xüsusilə bəzi vaxtlarda güclü küləklərin müşahidə olunması, eləcə də əkin sahələrində texniki cəhətdən tam saz vəziyyətdə olmayan kənd təsərrüfatı texnikalarının istismarı yanğınların baş verməsi və sürətlə yayılması təhlükəsini artırır. Bir sıra hallarda insanların ehtiyatsız və ya məsuliyyətsiz davranışı, o cümlədən biçilmiş taxıl sahələrinin bilərəkdən yandırılması, təsərrüfat fəaliyyəti və ya istirahət zamanı müvafiq yanğın təhlükəsizliyi qaydalarına əməl edilməməsi yanğınların baş verməsinə, nəticədə dövlət və ya xüsusi əmlaka, milli sərvətlərimizə, meşə və qoruqlarımıza ziyan dəyməsinə, habelə insanların həyat və sağlamlığının təhlükə ilə üzləşməsinə səbəb olur”.

Məlumatda qeyd olunub ki, baş verən hər bir yanğın hadisəsi araşdırılaraq hüquqi qiymət verilir və günahkar şəxslərlə bağlı qanunvericilik çərçivəsində tədbirlər görülür.

“Göstərilənləri nəzərə alaraq Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri əhaliyə, xüsusilə sahibkarlara, fərdi təsərrüfat sahiblərinə, təbiət qoynunda istirahət edən vətəndaşlara müraciət edərək yanğın təhlükəsizliyi tələblərinə ciddi əməl edilməsinin vacibliyini bir daha xatırladır və daha diqqətli olmağa çağırır”, – nazirlikdən bildirilib.

Bakıdakı bu parklanma yerləri və eskalatorlar niyə acınacaqlı vəziyyətdədir?

Bakıdakı bu parklanma yerləri və eskalatorlar niyə acınacaqlı vəziyyətdədir?

Cəmiyyət
31 avqust 2024
Çəpgözlük ağır xəstəliyin əlaməti ola bilər | Kataraktanın əsas səbəbləri - BAKU MED

Çəpgözlük ağır xəstəliyin əlaməti ola bilər | Kataraktanın əsas səbəbləri - BAKU MED

Cəmiyyət
31 avqust 2024
Ağdərəlilər bu məntəqələrdə səs verəcək | Ən yaşlı seçici isə…

Ağdərəlilər bu məntəqələrdə səs verəcək | Ən yaşlı seçici isə…

Cəmiyyət
31 avqust 2024
Hansı nadir quşlar yetişdirilir? - Asanlıqla tutmaq mümkün deyil və...

Hansı nadir quşlar yetişdirilir? - Asanlıqla tutmaq mümkün deyil və...

Cəmiyyət
31 avqust 2024
Balıq ovu ilə bağlı qadağa bu tarixdə bitir | Detallar açıqlandı

Balıq ovu ilə bağlı qadağa bu tarixdə bitir | Detallar açıqlandı

Cəmiyyət
31 avqust 2024
"Eco Enacthon" tədbirinin əsas məqsədi nədir?

"Eco Enacthon" tədbirinin əsas məqsədi nədir?

Cəmiyyət
31 avqust 2024
Laçında 96 yaşlı nənə səsvermədə iştirak edəcək

Laçında 96 yaşlı nənə səsvermədə iştirak edəcək

Cəmiyyət
31 avqust 2024
Kaş qardaşımın sümüklərini görərdim... | İtkin düşən hərbçilərimizin ailələri toplaşdı

Kaş qardaşımın sümüklərini görərdim... | İtkin düşən hərbçilərimizin ailələri toplaşdı

Cəmiyyət
30 avqust 2024
Polisdən “Əcəmi”dəki qalmaqal yaradan çay evləri ilə bağlı açıqlama

Polisdən “Əcəmi”dəki qalmaqal yaradan çay evləri ilə bağlı açıqlama

Cəmiyyət
30 avqust 2024
Azad olunmuş ərazilərdə neçə kütləvi məzarlıq aşkarlandı?

Azad olunmuş ərazilərdə neçə kütləvi məzarlıq aşkarlandı?

Cəmiyyət
30 avqust 2024
Seçilmişlər
icon