Pleyeri seçin:

“Camaatın uşağı filan qədər bal yığdı...” - İmtahan stresinin arxasındakı gizli səbəblər və həlli

31 may 2025 628 baxış

“Qonşunun qızı filan universitetə qəbul oldu”, “Filankəs bu qədər bal topladı”, “Bütün nəslin ümidi sənsən” − bu və buna bənzər ifadələr imtahana hazırlaşan əksər abituriyentlərin qulağında səslənir. Məktəbdə isə müəllimlərin tələbi bu stresi daha da artırır. Bütün bunlar isə psixoloji yük olaraq şagirdlər üçün yaxşı heç nə vəd etmir.

İmtahan zamanı şagirdlərə qarşı həddindən ziyadə diqqətli və həssas olmaq ən gözəl seçimdir. Bəs valideynlər buna əməl edirmi?

Baku TV-nin paytaxt sakinləri arasında apardığı sorğuda müxtəlif fikirlər səsləndirilib.

“Valideynlər əziyyət çəkir, müəllimlərə yüksək məbləğlərdə pul verirlər. Bu səbəbdən övladlarından yaxşı nəticə gözləyirlər”, − sakinlərdən biri söyləyib.

“Hər kəs oxumalıdır deyə bir şey yoxdur. Hər bir insanın müəyyən istedadı var. Kimsə öz istedadını bilirsə və bu yöndə özünü inkişaf etdirirsə, ali təhsil almadan da daha yüksək səviyyəli sahələrə yiyələnə bilər”, – digər sakin deyib.

Təhsil eksperti İlkin Məhərrəmov bildirir ki, universitetə daxil olmamaq dünyanın sonu deyil:

“Texnologiya dövründəyik. Ali təhsili olmayanlar çox yaxşı proqramçı, IT mütəxəssisi olub, çox yaxşı yerlərə gəlib çıxa bilərlər. Əsas məsələ ixtisasın, peşən nə olursa-olsun yaxşı mütəxəssis olmaqdır”.

Sosioloq Üzeyir Şəfiyev isə vurğulayır ki, uşaqlar üçün gələcək hədəflər seçilərkən onların daxili potensialı nəzərə alınmalıdır:

“Sərt hədəflər uşağı yanlış istiqamətləndirə bilər. Bəzi valideynlər həyata keçirə bilmədikləri məqsədləri övladları vasitələsilə reallaşdırmağa çalışırlar. Bu isə uşaqların cəmiyyətdə öz yerini düzgün tapmamasına səbəb olur”.

Banner
Xəzər suitilərinin kütləvi ölümü ekoloji narahatlıq doğurur - Baku TV

Xəzər suitilərinin kütləvi ölümü ekoloji narahatlıq doğurur - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 628 baxış
Peşə təhsili sistemində problemlər var? | İmtahanlar düzgün qiymətləndirilmir? - Baku TV

Peşə təhsili sistemində problemlər var? | İmtahanlar düzgün qiymətləndirilmir? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 628 baxış
Artıq çəki orqanizmin müdafiə hüceyrələrinə təsir edir

Artıq çəki orqanizmin müdafiə hüceyrələrinə təsir edir

Cəmiyyət
25 oktyabr 2026 628 baxış
Çox hərəkət etmək diqqəti gücləndirə bilər

Çox hərəkət etmək diqqəti gücləndirə bilər

Cəmiyyət
25 oktyabr 2026 628 baxış
"31 min manat pul ödəmişik, ortada heç nə yoxdur" | Xırdalanda sakinlər niyə qazsız qalıb? - Baku TV

"31 min manat pul ödəmişik, ortada heç nə yoxdur" | Xırdalanda sakinlər niyə qazsız qalıb? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 628 baxış
Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür - Baku TV CANLI

Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür - Baku TV CANLI

Cəmiyyət
25 oktyabr 2026 628 baxış
Qubadlı azadlığının 6-cı ili | 25 oktyabrın tarixi əhəmiyyəti yenidən xatırlanır - Baku TV

Qubadlı azadlığının 6-cı ili | 25 oktyabrın tarixi əhəmiyyəti yenidən xatırlanır - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 628 baxış
98 illik fasilədən sonra “Turandot” operası Bakıda yenidən təqdim edilir - Baku TV

98 illik fasilədən sonra “Turandot” operası Bakıda yenidən təqdim edilir - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 628 baxış
Zaqatalada leysan və dolu sakinlərə çətin anlar yaşatdı - Baku TV

Zaqatalada leysan və dolu sakinlərə çətin anlar yaşatdı - Baku TV

Cəmiyyət
24 oktyabr 2026 628 baxış
Zaqatalanın Yuxarı Tala və Ələskər kəndlərində dolu təsərrüfatlara ziyan vurub - Baku TV CANLI

Zaqatalanın Yuxarı Tala və Ələskər kəndlərində dolu təsərrüfatlara ziyan vurub - Baku TV CANLI

Cəmiyyət
24 oktyabr 2026 628 baxış
Seçilmişlər
icon