Pleyeri seçin:

Cərrah yayılan görüntülərə aydınlıq gətirdi | Səhiyyə Nazirliyi hərəkətə keçdi

08 yanvar 2025 289 baxış

Həkim əməliyyat zamanı doğum gününü qeyd edib.

Hələ bu azmış kimi həmin görüntüləri öz sosial şəbəkə hesablarında da paylaşıb.

Görüntülərdən məlum olur ki, özəl klinikaların birində cərrah mama-ginekoloq Ləman Əliyeva xəstəni əməliyyat edərkən iş yoldaşları ona ad günü “sürpriz”i edib.

Əməliyyat zamanı klinikanın digər işçiləri əməliyyat otağına əlcəksiz daxil olaraq həkimi doğum günü münasibətilə təbrik ediblər. Ləman Əliyeva təbrikləri qəbul edərək şamı da üfürüb.

Görüntülərdən də aydın olur ki, həm həkim, həm də həmkarları gigiyena qaydalarına məhəl qoymayaraq xəstənin həyatını təhlükəyə atıblar.

Sözügedən görüntülərdə yer alan cərrah mama-ginekoloq Ləman Əliyeva “Oxu.az”a açıqlamasında belə deyib:

“Hadisədən xəbərim yox idi. Tibb bacıları otağa daxil olanda çaşıb qaldım. Çevrilib gördüm ki, mənə belə bir sürpriz ediblər. Mən vəziyyəti başa düşənə qədər müəyyən vaxt keçdi. Məni təbrik etmək üçün otağa daxil olanların hamısı əməliyyatda iştirak edən tibb bacılarıdır. Onlara mən nə deyə bilərdim ki?”.

Ginekoloq qeyd edib ki, həmin görüntüləri paylaşdığı üçün peşmandır.

Qeyd edək ki, faktla əlaqədar Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən artıq yoxlamalara başlanılıb.

Qurumdan bildirilib ki, məsələ ciddi araşdırılacaq. Yoxlama bitəndən sonra nəticəsi barədə ətraflı məlumat veriləcək.

“WorldSkills Shanghai 2026” yarışına hazırlıq | Kibertəhlükəsizlikdə ölkəmizi 2 gənc təmsil edəcək

“WorldSkills Shanghai 2026” yarışına hazırlıq | Kibertəhlükəsizlikdə ölkəmizi 2 gənc təmsil edəcək

Cəmiyyət
20 dekabr 2025 289 baxış
Araik Arutyunyan məhkəmədə nələri etiraf etdi?

Araik Arutyunyan məhkəmədə nələri etiraf etdi?

Cəmiyyət
20 dekabr 2025 289 baxış
Kəlbəcər dağlarından paytaxta gəlib çatan dad | “Balland” brendi - Baku TV

Kəlbəcər dağlarından paytaxta gəlib çatan dad | “Balland” brendi - Baku TV

Cəmiyyət
20 dekabr 2025 289 baxış
“Vaxt var idi, taksi də qalxmırdı” | Bakının unikal qəsəbəsi: Sakinlərin gözü ilə Bayıl - Baku TV

“Vaxt var idi, taksi də qalxmırdı” | Bakının unikal qəsəbəsi: Sakinlərin gözü ilə Bayıl - Baku TV

Cəmiyyət
20 dekabr 2025 289 baxış
Sərnişinlər bu avtobusdan sallana-sallana gedir | “Nə edək, olanımız budur” - Baku TV

Sərnişinlər bu avtobusdan sallana-sallana gedir | “Nə edək, olanımız budur” - Baku TV

Cəmiyyət
20 dekabr 2025 289 baxış
“Meyxananın sütünlarından biri vəfat etdi” | Meyxanaçı Ağakərim son mənzilə yola salındı - Baku TV

“Meyxananın sütünlarından biri vəfat etdi” | Meyxanaçı Ağakərim son mənzilə yola salındı - Baku TV

Cəmiyyət
20 dekabr 2025 289 baxış
Bakıda tibbi xidmətlərin sayı 335-ə qədər artırılıb

Bakıda tibbi xidmətlərin sayı 335-ə qədər artırılıb

Cəmiyyət
20 dekabr 2025 289 baxış
Diabetin ən təhlükəli fəsadı: Xəstə də hiss etmir | Hamilə qadınlar üçün tək çarə isə... - BAKU MED

Diabetin ən təhlükəli fəsadı: Xəstə də hiss etmir | Hamilə qadınlar üçün tək çarə isə... - BAKU MED

Cəmiyyət
20 dekabr 2025 289 baxış
Saxta SMM xidməti ilə insanları aldadırlar | Belə dələduzlardan necə qorunmaq olar? - Baku TV

Saxta SMM xidməti ilə insanları aldadırlar | Belə dələduzlardan necə qorunmaq olar? - Baku TV

Cəmiyyət
20 dekabr 2025 289 baxış
Qəzalar zamanı niyə arxadan vuran sürücü günahkar olur? - Baku TV

Qəzalar zamanı niyə arxadan vuran sürücü günahkar olur? - Baku TV

Cəmiyyət
20 dekabr 2025 289 baxış
Seçilmişlər
icon