Pleyeri seçin:

“Dedi, bilmirik, başlarına nə gəlib” | Dostu ilə eyni anda şəhid olan Əbdülməcid Axundov - Baku TV

03 aprel 2026 400 baxış

Aprel döyüşləri şəhidi Əbdülməcid Axundovun anası Ceyran Həsənova Baku TV-yə müsahibəsində oğlunun şəhadətə gedən son anlarından danışıb.

O bildirib ki, Aprel döyüşləri başlayan günlərdə Əbdülməcid qardaşı Elçini ad günü münasibətilə telefonla təbrik edib və bu, onun ailəsi ilə son danışığı olub.

Bundan sonra onunla əlaqə kəsilib. Ana günlərlə Əbdülməciddən xəbər gözləyib, lakin şəhid olduğu xəbəri bir müddət ondan gizlədilib.

Ceyran Həsənovanın sözlərinə görə, şəhadət xəbəri ona aprelin 8-də çatdırılıb.

“Əbdülməcidin nəşi silahdaşı və universitet yoldaşı Elvin Mirzəyevlə birlikdə tapılıb. Hadisə yerində təsirli mənzərə ilə qarşılaşıblar. O, Elvin Mirzəyevin topuğundan tutmuş vəziyyətdə olub. İlk ehtimala görə, Elvin Mirzəyev daha əvvəl şəhid olub, Əbdülməcid isə dostunu xilas etməyə çalışarkən son nəfəsini verib”, – deyə o qeyd edib.

Şəhid anası Əbdülməcidin ən böyük arzusunun Qarabağ uğrunda döyüşmək olduğunu söyləyib.

“O, çox vətənpərvər oğlan idi. Əbdülməcid kimi oğullar təəssüf ki, çox qısa ömür yaşadılar. Amma Azərbaycanın Zəfər tarixinə öz imzalarını yazmağı bacardılar”, – deyə C.Həsənova vurğulayıb.

Banner
Xəzər suitilərinin kütləvi ölümü ekoloji narahatlıq doğurur - Baku TV

Xəzər suitilərinin kütləvi ölümü ekoloji narahatlıq doğurur - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 400 baxış
Peşə təhsili sistemində problemlər var? | İmtahanlar düzgün qiymətləndirilmir? - Baku TV

Peşə təhsili sistemində problemlər var? | İmtahanlar düzgün qiymətləndirilmir? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 400 baxış
Artıq çəki orqanizmin müdafiə hüceyrələrinə təsir edir

Artıq çəki orqanizmin müdafiə hüceyrələrinə təsir edir

Cəmiyyət
25 oktyabr 2026 400 baxış
Çox hərəkət etmək diqqəti gücləndirə bilər

Çox hərəkət etmək diqqəti gücləndirə bilər

Cəmiyyət
25 oktyabr 2026 400 baxış
"31 min manat pul ödəmişik, ortada heç nə yoxdur" | Xırdalanda sakinlər niyə qazsız qalıb? - Baku TV

"31 min manat pul ödəmişik, ortada heç nə yoxdur" | Xırdalanda sakinlər niyə qazsız qalıb? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 400 baxış
Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür - Baku TV CANLI

Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür - Baku TV CANLI

Cəmiyyət
25 oktyabr 2026 400 baxış
Qubadlı azadlığının 6-cı ili | 25 oktyabrın tarixi əhəmiyyəti yenidən xatırlanır - Baku TV

Qubadlı azadlığının 6-cı ili | 25 oktyabrın tarixi əhəmiyyəti yenidən xatırlanır - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 400 baxış
98 illik fasilədən sonra “Turandot” operası Bakıda yenidən təqdim edilir - Baku TV

98 illik fasilədən sonra “Turandot” operası Bakıda yenidən təqdim edilir - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 400 baxış
Zaqatalada leysan və dolu sakinlərə çətin anlar yaşatdı - Baku TV

Zaqatalada leysan və dolu sakinlərə çətin anlar yaşatdı - Baku TV

Cəmiyyət
24 oktyabr 2026 400 baxış
Zaqatalanın Yuxarı Tala və Ələskər kəndlərində dolu təsərrüfatlara ziyan vurub - Baku TV CANLI

Zaqatalanın Yuxarı Tala və Ələskər kəndlərində dolu təsərrüfatlara ziyan vurub - Baku TV CANLI

Cəmiyyət
24 oktyabr 2026 400 baxış
Seçilmişlər
icon