Cəmiyyət
Pleyeri seçin:
Demişdi ki, qayıdacağam... | Təyyarə qəzasına düşən Rəşad Əhmədovun qardaşı danışdı
Baku TV Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramış AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən təyyarədə olan sərnişinlərdən biri – 47 yaşlı Rəşad Əhmədovun evində olub.
Onun həyat yoldaşının sözlərinə görə, Rəşad Əhmədov Bakıda balıqçılıqla məşğul olurmuş və Qroznıya da bu işi davam etdirmək üçün müqavilə bağlamağa gedirmiş.
Qardaşı İmran Əhmədov isə onunla son telefon danışığını xatırlayıb: “Gecə zəng etdi ki, məni hava limanına aprarsan? Sonra da dedi ki, özüm maşınla gedərəm, onsuz da gecə qayıdacağam. Təyyarədə olanda danışmadıq. Həlak olduğu, yaxud sağ qaldığı haqqında dəqiq məlumat verilmir. Onu bilirik ki, sağ qalanların arasında adı yoxdur”.
Kopyalandı
Seçilmişlər