Təyyarə qəzasında zərərçəkənlərə bu qədər təzminat ödəniləcək | Qərar verildi
Yeniliklərdən dərhal xəbərdar olun
AZAL bu şirkətə məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olanların hər birinin ailəsinə 40 min manat kompensasiya ödəyəcək.
“Azərbaycan Hava Yolları” QSC-nin Müşahidə Şurasının qərarı ilə dekabrın 25-də Qazaxıstanın Aktau şəhərində qəzaya uğramış “Azərbaycan Hava Yolları” Sərnişin Aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində olan və xəsarət alanların hər birinə 20 min manat, vəfat edənlərin hər birinin ailəsinə isə 40 min manat kompensasiya ödənilməsi müəyyən edilib.
Bununla yanaşı, bütün sərnişinlər Azərbaycan Respublikası qanunvericiliyinə və qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq tətbiq edilən müvafiq sığorta ödənişi alacaqlar.
#Qazaxıstan teqi istifadə olunub
- Azərbaycan və Qazaxıstanın birgə təşəbbüsü hansı imkanları açacaq? - Baku TV
- Qazaxıstanda dövlət çevrilişinin qarşısı alındı
- Silah, narkotik və qadağan olunmuş kitablar: Şübhəlilərin evindən nə çıxdı? - Baku TV CANLI
- Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
