Pleyeri seçin:

Dəniz və çay balıqları niyə yoxa çıxıb? - Ekspert səbəbləri açıqladı

05 mart 2025 653 baxış

Könlü balıq istəyənin quyruğu suda, ya da ayağı bazarda gərək. Lakin balıq mövsümü olsa da, bəzi balıqlar sözün əsl mənasında qeybə çəkilib. Piştaxtaları əsasən farel, sazan, beluqa kimi balıqlar bəzəyir.

Alıcıların sözlərinə görə, bazarda satılan balıqların hamısı göl balığıdır və dadsızdır.

Satıcılar isə deyirlər ki, xüsusilə kütüm, vobla və ilan balığı azdır: “İlan balığı ümumiyyətlə azalıb və dənə ilə satılır. 1 ədədinin qiyməti 3-4 manat arası dəyişir”.

Bəs Xəzərin balıqları niyə yoxa çıxıb?

Ekoloqların sözlərinə görə, son 50 ildə ölkəmizdə balıq istehsalı kifayət qədər azalıb.

Ekoloq Rövşən Abbasov bildirir ki, çaylarımızda suyun azalması, Xəzər dənizinin iqlim dəyişmələrinin təsiri altında dayazlaşması və qonşu ölkələrdən, xüsusilə Rusiyadan gələn çayların hədsiz dərəcədə çirklənməsi və bu çayların kürü tökmək üçün artıq məqbul olmaması kimi amillər Xəzər balıqçılığına çox ciddi ziyan vurub:

“Son 20 ildə Xəzər dənizində nərə balığı istehsalı demək olar ki, kvota ilə aparılır. Balıqçılığın inkişafı üçün xeyli tədbirlər görülür, xüsusilə süni balıq artımı məntəqələrini buna misal göstərmək olar. Bu məntəqələrdə yetişdirilən çömçəquyruqlar həyatlarının ilkin mərhələsində Xəzər dənizinə və oraya tökülən çaylara, xüsusilə Kür çayının aşağı hissəsinə buraxılır”.

Balıqların kürüləmə dövründə ovlanması növlərinin məhv olması ilə nəticələnə bilər. Mütəxəssislərin sözlərinə görə, Xəzərin biomüxtəlifliyinin və ekoloji sisteminin qorunması üçün müxtəlif fəaliyyətlər həyata keçirilməlidir.

Banner
Xəzər suitilərinin kütləvi ölümü ekoloji narahatlıq doğurur - Baku TV

Xəzər suitilərinin kütləvi ölümü ekoloji narahatlıq doğurur - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 653 baxış
Peşə təhsili sistemində problemlər var? | İmtahanlar düzgün qiymətləndirilmir? - Baku TV

Peşə təhsili sistemində problemlər var? | İmtahanlar düzgün qiymətləndirilmir? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 653 baxış
Artıq çəki orqanizmin müdafiə hüceyrələrinə təsir edir

Artıq çəki orqanizmin müdafiə hüceyrələrinə təsir edir

Cəmiyyət
25 oktyabr 2026 653 baxış
Çox hərəkət etmək diqqəti gücləndirə bilər

Çox hərəkət etmək diqqəti gücləndirə bilər

Cəmiyyət
25 oktyabr 2026 653 baxış
"31 min manat pul ödəmişik, ortada heç nə yoxdur" | Xırdalanda sakinlər niyə qazsız qalıb? - Baku TV

"31 min manat pul ödəmişik, ortada heç nə yoxdur" | Xırdalanda sakinlər niyə qazsız qalıb? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 653 baxış
Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür - Baku TV CANLI

Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür - Baku TV CANLI

Cəmiyyət
25 oktyabr 2026 653 baxış
Qubadlı azadlığının 6-cı ili | 25 oktyabrın tarixi əhəmiyyəti yenidən xatırlanır - Baku TV

Qubadlı azadlığının 6-cı ili | 25 oktyabrın tarixi əhəmiyyəti yenidən xatırlanır - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 653 baxış
98 illik fasilədən sonra “Turandot” operası Bakıda yenidən təqdim edilir - Baku TV

98 illik fasilədən sonra “Turandot” operası Bakıda yenidən təqdim edilir - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 653 baxış
Zaqatalada leysan və dolu sakinlərə çətin anlar yaşatdı - Baku TV

Zaqatalada leysan və dolu sakinlərə çətin anlar yaşatdı - Baku TV

Cəmiyyət
24 oktyabr 2026 653 baxış
Zaqatalanın Yuxarı Tala və Ələskər kəndlərində dolu təsərrüfatlara ziyan vurub - Baku TV CANLI

Zaqatalanın Yuxarı Tala və Ələskər kəndlərində dolu təsərrüfatlara ziyan vurub - Baku TV CANLI

Cəmiyyət
24 oktyabr 2026 653 baxış
Seçilmişlər
icon