Cəmiyyət
Pleyeri seçin:

Diabetin əmələ gətirdiyi yaralar gec sağalır? | Endokrinoloqdan maraqlı məlumatlar

11 dekabr 2024 9 baxış

“Diabet çox “hiyləgər” bir xəstəlikdir və uzun müddət simptomsuz qala bilər. Lakin bu xəstəliyin inkişafını göstərə biləcək bəzi erkən əlamətlər mövcuddur”.

Bu barədə rusiyalı endokrinoloq Nataliya Tananakina “Gazeta.ru”ya açıqlamasında danışıb.

Həkimin sözlərinə görə, diabetin ən erkən əlamətlərindən biri daimi susuzluqdur. Qanda qlükoza səviyyəsi artdıqda orqanizm şəkər artıqlığını durulaşdırmaq üçün daha çox mayeyə ehtiyac duyur.

Bu, ikinci əlamətin – tez-tez sidik ifrazının səbəbi olan birinci əlamətdir. Orqanizm artıq qlükozadan xilas olmağa çalışdığı üçün böyrəklər onu sidik vasitəsilə süzməli olur. Yəni insan tez-tez sidik ifrazına məcbur qalır. Bu da öz növbəsində susuzluğu artırır.

N.Tananakina diabetin üçüncü əlamətinin cinsiyyət orqanlarında qaşınma olduğunu vurğulayıb.

“Yüksək şəkər səviyyəsi mikroblar və göbələklər üçün əlverişli mühit yaradır ki, bu da qaşınma və qıcıqlanmaya səbəb olur. Belə olanda hətta ciddi gigiyena belə kömək etmir, çünki əsas səbəb sidiklə ifraz olunan qlükozanın tərkibidir”, – deyə mütəxəssis izah edib.

Həkim dördüncü əlamət kimi gözlənilməz çəki itkisini qeyd edib:

“Diabet zamanı insulin çatışmazlığı səbəbindən hüceyrələr qlükozadan lazımi enerjini ala bilmir. Buna görə də orqanizm yağ ehtiyatlarından istifadə etməyə başlayır ki, bu da çəki azalmasına səbəb olur”.

Mütəxəssis yaraların sağalmasında problemlərin xəstəliyin beşinci əlaməti olduğunu bildirib. Diabetiklərdə dəri iltihabi proseslərə və səpkilərə meyilli olur.

Həkim altıncı əlamət kimi daimi yorğunluğu, yeddinci simptom olaraq isə görmə problemlərini göstərib.

“Diabetli insanlar tez-tez iş qabiliyyətinin azalmasından və enerji çatışmazlığından şikayətlənirlər. Yüksək qlükoza səviyyəsi görmədə bulanıqlıq və ya gözlərin qarşısında “duman” hissinə səbəb ola bilər. Bu simptomlar şəkərin büllura təsiri ilə əlaqədardır, lakin adətən şəkər səviyyəsi sabitləşdikdə keçib gedir”, – deyə həkim bildirib.

Nataliya Tananakina bu əlamətlərin hər birinin ayrı-ayrılıqda diabetin tam təsdiqi olmadığını, lakin onların birləşməsinin həkimə müraciət edib lazımi müayinələrdən keçmək üçün ciddi bir siqnal olduğunu vurğulayıb.

Gəmilərin hərraca çıxarılma tarixi | Qiymətlər açıqlandı

Gəmilərin hərraca çıxarılma tarixi | Qiymətlər açıqlandı

Cəmiyyət
13 yanvar 2025 9 baxış
Uşaq qidalarının tərkibində ən çox bu məhsuldan istifadə edilir | Qurum məsələyə aydınlıq gətirdi

Uşaq qidalarının tərkibində ən çox bu məhsuldan istifadə edilir | Qurum məsələyə aydınlıq gətirdi

Cəmiyyət
13 yanvar 2025 9 baxış
20 Yanvar faciəsinin ildönümünə hazırlıq necə gedir? | Əməkdaşımız ən son məlumatları çatdırdı

20 Yanvar faciəsinin ildönümünə hazırlıq necə gedir? | Əməkdaşımız ən son məlumatları çatdırdı

Cəmiyyət
13 yanvar 2025 9 baxış
Dünyada getdikcə artan dəhşətli təhlükə | Alimlər həyəcan təbili çaldı

Dünyada getdikcə artan dəhşətli təhlükə | Alimlər həyəcan təbili çaldı

Cəmiyyət
13 yanvar 2025 9 baxış
-20 dərəcədə nə qədər odun yandırasan ki... | Kənd sakinlərini özündən çıxaran məsələ

-20 dərəcədə nə qədər odun yandırasan ki... | Kənd sakinlərini özündən çıxaran məsələ

Cəmiyyət
13 yanvar 2025 9 baxış
Orduda bu sahə üzrə mütəxəssislərə ehtiyac var | Kimlər müraciət edə bilər?

Orduda bu sahə üzrə mütəxəssislərə ehtiyac var | Kimlər müraciət edə bilər?

Cəmiyyət
13 yanvar 2025 9 baxış
Sakinlərə şad xəbər | Deputat veriləcək məbləğlə bağlı detalları açıqladı

Sakinlərə şad xəbər | Deputat veriləcək məbləğlə bağlı detalları açıqladı

Cəmiyyət
13 yanvar 2025 9 baxış
Bədbəxt hadisə ilə üzləşən 12 yaşlı qız 2 həftə sonra komadan ayıldı

Bədbəxt hadisə ilə üzləşən 12 yaşlı qız 2 həftə sonra komadan ayıldı

Cəmiyyət
13 yanvar 2025 9 baxış
Azərbaycanın ən qeyri-adi ərazilərindən biri | Yaxınlarımızdan kimsə öləndə...

Azərbaycanın ən qeyri-adi ərazilərindən biri | Yaxınlarımızdan kimsə öləndə...

Cəmiyyət
13 yanvar 2025 9 baxış
Ukrayna məhz onu ələ keçirmək istəyir | Zəkərya Əliyev kimdir?

Ukrayna məhz onu ələ keçirmək istəyir | Zəkərya Əliyev kimdir?

Cəmiyyət
13 yanvar 2025 9 baxış
Seçilmişlər
icon