Cəmiyyət
Pleyeri seçin:
Gənclərlə bağlı uğurlu layihə | Nazir görülən işlərdən danışdı
“Ən uğurlu layihələrimizdən biri “Yerli” layihəsidir. Layihə altı müxtəlif regionda 200-dən çox gənci əhatə etdi. Üç ay ərzində IT mütəxəssisləri tərəfindən kurslar keçirildi”.
Bunu gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Karyera İnkişaf Forumunun panel sessiyasında çıxışı zamanı deyib.
“Layihədən sonra bir neçə gənc dərhal özünə iş tapa bildi. Hətta regionlarda da iş tapa bilənlər oldu. Bu, həm məşğulluq problemini, həm də daxili miqrasiyanı həll edir”, – deyə nazir əlavə edib.
Kopyalandı
Seçilmişlər