Pleyeri seçin:

DİN metrodakı qarşıdurmanın səbəbini açıqladı

06 iyul 2023 372 baxış

Bakı metrosunun “Əhmədli” stansiyasında polislə sərnişinlər arasında insident yaşanıb. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Sərnişinlər tərəfindən qeydə alınan kadrlarda bir neçə şəxsin polis tərəfindən saxlanıldığı görünür. Hadisə ilə əlaqədar Daxili İşlər Nazirliyindən bildirilib ki, insident iyulun 5-də qeydə alınıb.

Belə ki, polis əməkdaşları təhlükəsizlik qaydalarına uyğun olaraq, iki qadın sərnişindən əl çantalarını xüsusi yoxlama aparatına yerləşdirməyi tələb ediblər. Onlar isə polisin qanuni tələbinə tabe olmaq istəməyərək, qışqırmaqla ictimai asayişi pozmağa cəhd ediblər.

“Daha sonra hadisə yerinə qadınların qohumları yaxınlaşaraq polisə müqavimət göstərməyə çalışıblar. İctimai qaydanı pozan və polisin qanuni tələbinə tabe olmayan şəxslər saxlanılıblar. Onlar barəsində inzibati protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilib”, – deyə Nazirliyin məlumatında vurğulanıb.

Banner
"Psixoloq pasiyentin ruhu ilə məşğul olmalıdır" | Acı çəkməyən adam müdrik ola bilərmi? - AMİN

"Psixoloq pasiyentin ruhu ilə məşğul olmalıdır" | Acı çəkməyən adam müdrik ola bilərmi? - AMİN

Cəmiyyət
22 oktyabr 2026 372 baxış
Azərbaycanda ortaaylıq əməkhaqqı 7 faizdən çox artdı | Göstərici qənaətbəxşdir? - Baku TV

Azərbaycanda ortaaylıq əməkhaqqı 7 faizdən çox artdı | Göstərici qənaətbəxşdir? - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 372 baxış
2035-ci ilə qədər istilik sistemlərində nəzərdə tutulan böyük dəyişiklik nədir? - Baku TV

2035-ci ilə qədər istilik sistemlərində nəzərdə tutulan böyük dəyişiklik nədir? - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 372 baxış
Çətirlərinizi hazırlayın! | Bakıda yaz havası sona çatır? - Baku TV CANLI

Çətirlərinizi hazırlayın! | Bakıda yaz havası sona çatır? - Baku TV CANLI

Cəmiyyət
22 oktyabr 2026 372 baxış
“Yaşamaq mümkün deyil, yayda lap dəhşətdir” | Xırdalan sakinlərini bezdirən problem - Baku TV

“Yaşamaq mümkün deyil, yayda lap dəhşətdir” | Xırdalan sakinlərini bezdirən problem - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 372 baxış
Xırdalandakı 13 mərtəbəli binada nə baş verir? | Sakinlər özündən çıxdı - Baku TV

Xırdalandakı 13 mərtəbəli binada nə baş verir? | Sakinlər özündən çıxdı - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 372 baxış
”Global Media Group”un təşəbbüsü ilə növbəti ağacəkmə aksiyası - Baku TV

”Global Media Group”un təşəbbüsü ilə növbəti ağacəkmə aksiyası - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 372 baxış
“Gecələr gizləndikləri yerdən çıxıb...” | Əqrəb sancan zaman ilk nələr edilməlidir? - Baku TV

“Gecələr gizləndikləri yerdən çıxıb...” | Əqrəb sancan zaman ilk nələr edilməlidir? - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 372 baxış
"Martda daşdı, 200-dən çox ailə kirayədə qaldı" | Masazırda yüzlərlə tikili su altında qala bilər

"Martda daşdı, 200-dən çox ailə kirayədə qaldı" | Masazırda yüzlərlə tikili su altında qala bilər

Cəmiyyət
22 oktyabr 2026 372 baxış
“Mənə daşın üstü də yararlıdır” | Vətəndaş 10 ildir torpağını niyə rəsmiləşdirə bilmir? - Baku TV

“Mənə daşın üstü də yararlıdır” | Vətəndaş 10 ildir torpağını niyə rəsmiləşdirə bilmir? - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 372 baxış
Seçilmişlər
icon