Pleyeri seçin:

Diqqət: "uşaq pulu" yenidən veriləcək?

01 noyabr 2023 3194 baxış

Qarşıdakı günlərdə Milli Məclisdə “2024-cü ilin dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirə olunacağı gözlənilir. Bir neçə ildir büdcə müzakirəsi zamanı deputatlar 2006-cı ildən sonra doğulan bütün uşaqlara verilən “uşaq pulu” adlı sosial müavinətin bərpasını təklif edirlər.

2021-ci ilin dövlət büdcəsi müzakirə olunanda da bir neçə deputat eyni təkliflə çıxış edib, lakin təkliflərə müsbət cavab verilməyib. Bəs növbəti ilin dövlət büdcəsinin müzakirəsi zamanı “uşaq pulu”nun bərpası məsələsi yenidən gündəmə gələ bilərmi?

Milli Məclisin üzvü Fazil Mustafa mövzu ilə bağlı “Bizim.Media”ya açıqlamasında uşaqlara verilən müxtəlif müavinətlərin artırılmasının müzakirə olunacağını bildirib:

“Bununla bağlı ayrıca bir təklifin verilməsi dəfələrlə izah olunub. Uşaqlarla bağlı xeyli müavinət formaları var. Həmin müavinət formalarının artırılması məsələsi gündəmə gətiriləcək. Bilavasitə müavinətlər o zaman artır ki, minimum yaşayış məbləği artsın. Bu artanda ona müvafiq olaraq müavinətlərin artımı nəzərdə tutula biləcək. Çünki müavinətlər minimum yaşayış məbləğinin həddindən aşağı olmamalıdır.

Bu baxımdan, bu kimi təkliflər orada nəzərdə tutulacaq. Konkret “uşaq pulu” deyilən bir termin yox, ayrı-ayrı müavinət formaları mövcuddur. Uşaqlar üçün müxtəlif müavinət formalarının, əlilliyə, təhsilə görə verilən təqaüd və sair müavinətlərin artırılması məsələsi büdcə müzakirələrində gündəmə gətiriləcək”, – deyə deputat əlavə edib.

Sosial şəbəkələrdə yaş yoxlanışı bank kartı və elektron poçt vasitəsilə həyata keçiriləcək

Sosial şəbəkələrdə yaş yoxlanışı bank kartı və elektron poçt vasitəsilə həyata keçiriləcək

Cəmiyyət
10 iyun 2026 3194 baxış
"Müdirin ad günü üçün də..." | Bağçada valideynlərdən yüz cür bəhanə ilə pul yığılır? - Baku TV

"Müdirin ad günü üçün də..." | Bağçada valideynlərdən yüz cür bəhanə ilə pul yığılır? - Baku TV

Cəmiyyət
10 iyun 2026 3194 baxış
Yeni qaydalar | Sosial şəbəkələrdən istifadədə hansı dəyişikliklər olacaq? - Baku TV

Yeni qaydalar | Sosial şəbəkələrdən istifadədə hansı dəyişikliklər olacaq? - Baku TV

Cəmiyyət
10 iyun 2026 3194 baxış
Ölkənin aparıcı xəbər portallarından olan Manşet.az 5 yaşını qeyd edir - Baku TV

Ölkənin aparıcı xəbər portallarından olan Manşet.az 5 yaşını qeyd edir - Baku TV

Cəmiyyət
10 iyun 2026 3194 baxış
Uşaqların sosial şəbəkələrdə zərərli informasiyalardan qorunması barədə müzakirə - Baku TV

Uşaqların sosial şəbəkələrdə zərərli informasiyalardan qorunması barədə müzakirə - Baku TV

Cəmiyyət
10 iyun 2026 3194 baxış
"Gəlib qurdalanırlar, gedirlər" | Doğum evi niyə xarabalığa dönüb? - "Haraya getsinlər?!" - Baku TV

"Gəlib qurdalanırlar, gedirlər" | Doğum evi niyə xarabalığa dönüb? - "Haraya getsinlər?!" - Baku TV

Cəmiyyət
10 iyun 2026 3194 baxış
"Son zəng"də xoşagəlməz halların qarşısını almaq üçün DYP-dən çağırış - Baku TV CANLI

"Son zəng"də xoşagəlməz halların qarşısını almaq üçün DYP-dən çağırış - Baku TV CANLI

Cəmiyyət
10 iyun 2026 3194 baxış
Zooparkda nadir hadisə | "Qonur ayıdan sonra ən böyük 3-cü yırtıcıdır" - Baku TV

Zooparkda nadir hadisə | "Qonur ayıdan sonra ən böyük 3-cü yırtıcıdır" - Baku TV

Cəmiyyət
10 iyun 2026 3194 baxış
Bu il "Son zəng" tədbirləri fərqli olacaq | Sakinlər tələblərə necə reaksiya verdi? - Baku TV

Bu il "Son zəng" tədbirləri fərqli olacaq | Sakinlər tələblərə necə reaksiya verdi? - Baku TV

Cəmiyyət
10 iyun 2026 3194 baxış
Uşaqların zərərli informasiyadan qorunması ilə bağlı qanun layihəsinin müzakirəsi - Baku TV CANLI

Uşaqların zərərli informasiyadan qorunması ilə bağlı qanun layihəsinin müzakirəsi - Baku TV CANLI

Cəmiyyət
10 iyun 2026 3194 baxış
Seçilmişlər
icon