Pleyeri seçin:

"Havalar buna görə sərt keçir" | Bu yay hava necə olacaq? - Baku TV

09 iyun 2026 317 baxış

Sakit okeanda formalaşan “El Nino” və “La Nina” kimi iqlim hadisələri qlobal hava sistemlərinə əhəmiyyətli təsir göstərir. Bu proseslər bəzi ölkələrdə güclü yağıntılara, digərlərində isə quraqlığa və anomal istilərə səbəb olur.

Ekoloq Sadiq Həsənovun sözlərinə görə, “La Nina” hadisəsi “El Nino”dan fərqli olaraq soyuq hava kütlələrinin yaranmasına şərait yaradır. Bu proses xüsusilə Sakit okean hövzəsində, Şimali Amerikada, Kanadada və Asiyanın şimal hissəsində hava şəraitinin kəskin soyumasına, temperaturun aşağı düşməsinə və qışın daha sərt keçməsinə səbəb ola bilər.

“Dünyada aparılan elmi tədqiqatlar göstərir ki, “El Nino”nun aktiv fazasının başlanması gözlənilir. Bu isə qlobal miqyasda havaların istiləşməsinə səbəb olan proseslərdən biridir”, – deyə ekoloq bildirib.

Ekspertlər qeyd edirlər ki, “La Nina” və “El Nino” hadisələri Azərbaycanda hava şəraitinə birbaşa təsir göstərmir. Lakin onların yaratdığı qlobal atmosfer dəyişiklikləri nəticəsində bəzi mövsümlərdə yağıntının normadan az və ya çox olması mümkündür.

Qeyd edək ki, Ümumdünya Meteorologiya Təşkilatının hava temperaturu proqnozlarına dair hesabatına əsasən, qlobal temperaturun yüksəlməsinə səbəb olan “El Nino” hadisəsinin 2026-cı ilin iyun-avqust aylarında başvermə ehtimalı 80 faiz qiymətləndirilir. Həmin vəziyyətin noyabr ayına qədər davam edə biləcəyi bildirilir. Bu prosesin qarşıdakı aylarda ekstremal hava hadisələri riskini artıracağı, qlobal temperatur və yağıntı rejimlərinə təsir göstərə biləcəyi istisna edilmir.

Banner
Xəzər suitilərinin kütləvi ölümü ekoloji narahatlıq doğurur - Baku TV

Xəzər suitilərinin kütləvi ölümü ekoloji narahatlıq doğurur - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 317 baxış
Peşə təhsili sistemində problemlər var? | İmtahanlar düzgün qiymətləndirilmir? - Baku TV

Peşə təhsili sistemində problemlər var? | İmtahanlar düzgün qiymətləndirilmir? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 317 baxış
Artıq çəki orqanizmin müdafiə hüceyrələrinə təsir edir

Artıq çəki orqanizmin müdafiə hüceyrələrinə təsir edir

Cəmiyyət
25 oktyabr 2026 317 baxış
Çox hərəkət etmək diqqəti gücləndirə bilər

Çox hərəkət etmək diqqəti gücləndirə bilər

Cəmiyyət
25 oktyabr 2026 317 baxış
"31 min manat pul ödəmişik, ortada heç nə yoxdur" | Xırdalanda sakinlər niyə qazsız qalıb? - Baku TV

"31 min manat pul ödəmişik, ortada heç nə yoxdur" | Xırdalanda sakinlər niyə qazsız qalıb? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 317 baxış
Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür - Baku TV CANLI

Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür - Baku TV CANLI

Cəmiyyət
25 oktyabr 2026 317 baxış
Qubadlı azadlığının 6-cı ili | 25 oktyabrın tarixi əhəmiyyəti yenidən xatırlanır - Baku TV

Qubadlı azadlığının 6-cı ili | 25 oktyabrın tarixi əhəmiyyəti yenidən xatırlanır - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 317 baxış
98 illik fasilədən sonra “Turandot” operası Bakıda yenidən təqdim edilir - Baku TV

98 illik fasilədən sonra “Turandot” operası Bakıda yenidən təqdim edilir - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 317 baxış
Zaqatalada leysan və dolu sakinlərə çətin anlar yaşatdı - Baku TV

Zaqatalada leysan və dolu sakinlərə çətin anlar yaşatdı - Baku TV

Cəmiyyət
24 oktyabr 2026 317 baxış
Zaqatalanın Yuxarı Tala və Ələskər kəndlərində dolu təsərrüfatlara ziyan vurub - Baku TV CANLI

Zaqatalanın Yuxarı Tala və Ələskər kəndlərində dolu təsərrüfatlara ziyan vurub - Baku TV CANLI

Cəmiyyət
24 oktyabr 2026 317 baxış
Seçilmişlər
icon