Pleyeri seçin:
“Dişlərim olsa, xoşbəxt olaram” | “Üzünü görmədim, 3 uşağımız oldu” - ARZUNUN VAXTI
“Arzunun vaxtı” verilişinin yeni buraxılışının qəhrəmanı yardıma ehtiyacı olan İlahə Soltanova olub.
O, həyat hekayəsini bölüşərək üzləşdiyi çətinliklərdən söz açıb:
“Təhsil almamışam, buna görə başıma hər iş gəlib. Üç övladım var, yoldaşım uşaqlara baxmadığı üçün onu evdən qovdum. Ərimi sevmədən onunla ailə qurmuşdum, üzünü belə görməmişdim”.
İlahə Soltanova hazırda ağır şəraitdə yaşadığını söyləyib.
“Pis vəziyyətdəyəm, zülm çəkirəm. Tövlədə yaşamışam, 50 manata inəyə baxıram. Uşaqlarımı körpəlikdən çöldə böyütmüşəm. Dişlərim tökülüb, onlar düzəlsə, xoşbəxt olaram”, – deyə o bildirib.
Qeyd edək ki, veriliş zamanı İlahə Soltanovanın dişləri müalicə olunub və o, geyimlə təmin edilib.
Kopyalandı
#Arzunun vaxtı teqi istifadə olunub
- Qazi sevdiyi qızı necə tapdı? | "Telefonumu aldılar, ağlıma da gəlməzdi ki..." - ARZUNUN VAXTI
- “Gəlini uşaq vaxtından seçmişik” | Bloger gəlin-qayınana - ARZUNUN VAXTI
- "Südümü sənə haram edirəm" | Ahıllar evində qalan qadın görün kimdir - ARZUNUN VAXTI
- “Küçəyə çıxa bilmirəm, sürünürəm” | Anasının atdığı Talehin köməyinə kim çatdı? - ARZUNUN VAXTI
- “Mahnılarını oxuyursunuzsa, heç olmasa...” | Arzu Kəlbi Tahir Ümidə görə meyxanaçılara səsləndi
