Pleyeri seçin:

Əhaliyə istilərlə bağlı vacib xəbərdarlıq

08 avqust 2023 220 baxış

Milli Hidrometeorologiya Xidmətinin proqnozuna görə, ölkə ərazisində isti hava şəraitinin yaxın günlər ərzində davam edəcəyi, temperaturun bəzi yerlərdə 42-44 dərəcəyədək artacağı gözlənilir.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin əhaliyə müraciətində deyilib.

Bildirilib ki, belə hava şəraitində yanğın təhlükəsizliyi ilə bağlı kiçik ehtiyatsızlıq və ya diqqətsizlik müxtəlif məkanlarda, xüsusilə açıq sahələrdə və meşə massivlərində yanğınlarla nəticələnir. Həmçinin kondisionerlərə tələbatın yüksəlməsi elektrik naqillərinin yüklənib sonda qısaqapanmaya səbəb olma riskini artırır:

“Qeyd olunanlarla əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, yüksək temperaturun yanğın təhlükəsini artırdığını nəzərə alaraq yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə çağırır. Həmçinin günvurma təhlükəsindən qorunmaq üçün yüksək temperaturlu günlərdə açıq havada çox qalmamaq, habelə açıq rəngli, yüngül, xüsusilə pambıq parçadan olan geyimlərdən istifadə etmək, daha çox kölgədə və ya sərin yerlərdə qalmaq və bol maye qəbul etmək tövsiyə olunur”.

Kopyalandı
İllər sonra Xocalının Təzəbinə kəndində sakinlərin bayram sevinci - Baku TV

İllər sonra Xocalının Təzəbinə kəndində sakinlərin bayram sevinci - Baku TV

Cəmiyyət
25 mart 2026 220 baxış
“Doğrayıb aparacaqlar” | Baku TV Bibiheybətdəki “gəmi qəbiristanlığı”nda - Baku TV

“Doğrayıb aparacaqlar” | Baku TV Bibiheybətdəki “gəmi qəbiristanlığı”nda - Baku TV

Cəmiyyət
25 mart 2026 220 baxış
Bakıda kirayə qiymətləri son bir ildə niyə bu qədər artıb? - Baku TV

Bakıda kirayə qiymətləri son bir ildə niyə bu qədər artıb? - Baku TV

Cəmiyyət
25 mart 2026 220 baxış
"İldırımdan qorunmaq üçün bunları edin" | FHN əhaliyə xəbərdarlıq etdi - Baku TV

"İldırımdan qorunmaq üçün bunları edin" | FHN əhaliyə xəbərdarlıq etdi - Baku TV

Cəmiyyət
25 mart 2026 220 baxış
Alimlərdən xərçəng xəstəliyi barədə vacib araşdırma

Alimlərdən xərçəng xəstəliyi barədə vacib araşdırma

Cəmiyyət
25 mart 2026 220 baxış
Şamaxıda heyvandarlıq kompleksi fəaliyyətə başlayıb - Baku TV

Şamaxıda heyvandarlıq kompleksi fəaliyyətə başlayıb - Baku TV

Cəmiyyət
25 mart 2026 220 baxış
Şamaxı Avropa liseyi zəruri avadanlıq və əyani vəsaitlərlə təchiz edilib - Baku TV

Şamaxı Avropa liseyi zəruri avadanlıq və əyani vəsaitlərlə təchiz edilib - Baku TV

Cəmiyyət
25 mart 2026 220 baxış
AZAL 300 sərnişinin baqajını çatdırmağı unudub? | Qurumdan rəsmi açıqlama - Baku TV

AZAL 300 sərnişinin baqajını çatdırmağı unudub? | Qurumdan rəsmi açıqlama - Baku TV

Cəmiyyət
24 mart 2026 220 baxış
“Dövlət parklanma yaratmağa borclu deyil” - Şəhəri iflic edən tikinti özbaşınalığıdır?

“Dövlət parklanma yaratmağa borclu deyil” - Şəhəri iflic edən tikinti özbaşınalığıdır?

Cəmiyyət
24 mart 2026 220 baxış
“Elə qıza necə gəlin kimi baxım?!” - Ququşun qohumu gəlininin xəstəliyindən danışdı - O VAXTLAR

“Elə qıza necə gəlin kimi baxım?!” - Ququşun qohumu gəlininin xəstəliyindən danışdı - O VAXTLAR

Cəmiyyət
24 mart 2026 220 baxış
Seçilmişlər
icon