Cəmiyyət
Pleyeri seçin:
Ermənilər Laçını hədəfə aldı | Müdafiə Nazirliyindən təcili məlumat
Aprelin 8-si saat 23:35-dən 23:45-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Gorus rayonunun Xoznavar, Xanazax, Ərəvus yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Sadınlar, Hüsülü, Malıbəyli və Cağazur yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutublar.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, qeyd olunan bütün istiqamətlərdə bölmələrimiz adekvat cavab tədbirləri görüb.
Kopyalandı
Seçilmişlər