Pleyeri seçin:

FHN-dən qarlı-şaxtalı hava ilə bağlı vacib xəbərdarlıq | Əhalinin nəzərinə

01 mart 2025 297 baxış

Fövqəladə Hallar Nazirliyi kəskin hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

Müraciətdə deyilir:

"Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, hazırda ölkə ərazisində müşahidə edilən qeyri-sabit və yağıntılı hava şəraiti martın 2-dək davam edəcək.

Qeyd olunanlarla bağlı FHN əhaliyə təkrar müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır. Belə ki, soyuq və yağıntılı hava şəraiti qaz və elektrik qızdırıcı cihazlarından istifadənin xeyli artmasına səbəb olduğundan bu cihazlardan istifadə zamanı yanğın təhlükəsizliyi qaydalarına riayət etməyin vacibliyini bir daha diqqətə çatdırırıq. Nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməməli, elektrik şəbəkəsi həddindən artıq yüklənməməli, işlək vəziyyətdə olan qızdırıcı cihazlar nəzarətsiz qoyulmamalıdır.

Eyni zamanda xüsusilə dağlıq ərazilərdə yaşayan, eləcə də dağlara səfər edən insanlara şaxtalı və çovğunlu havada mümkün qədər yaşayış məntəqəsini tərk etməməyi, belə bir zərurət yarandıqda hərəkət istiqaməti barədə yaxınlarını əvvəlcədən məlumatlandırmağı tövsiyə edirik. Hərəkət avtomobillə olduqda avtomobilin texniki göstəricilərinin fəslə uyğunluğu və kifayət qədər yanacaq ehtiyatı təmin edilməlidir. Qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzmək və günün qaranlıq vaxtına qalmadan yaşayış məntəqəsinə geri dönmək tövsiyə olunur.

Bununla yanaşı, yolların buz bağlaması hallarında piyadalar ayaqqabını sürüşməyə qarşı hazırlamalı, ehtiyatla, tələsmədən, ayaqqabını yerə bütövlükdə basaraq hərəkət etməlidirlər. Buzlu yolda sürüşsəniz, zərbənin gücünü azaltmaq üçün oturun, yıxıldığınız halda isə qollarınızı büküb diyirlənərək zədə almaqdan qorunun. Yaşlı insanların rezin ucluqlu əsadan, yaxud ucları batıcı olan xüsusi çubuqdan istifadə etməsi tövsiyə olunur. Bundan başqa, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.

Həmçinin güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir".

Bakı–Tbilisi qatarı ilə səyahət edənlərin nəzərinə | Sərnişinlər üçün böyük güzəşt - Baku TV CANLI

Bakı–Tbilisi qatarı ilə səyahət edənlərin nəzərinə | Sərnişinlər üçün böyük güzəşt - Baku TV CANLI

Cəmiyyət
06 avqust 2026 297 baxış
"Səhnəyə döyüşçü kimi çıxıram" | Xalq artisti Fidan Hacıyevanın taleyini dəyişdirən obraz hansı idi?

"Səhnəyə döyüşçü kimi çıxıram" | Xalq artisti Fidan Hacıyevanın taleyini dəyişdirən obraz hansı idi?

Cəmiyyət
06 avqust 2026 297 baxış
Çökmüş yol, dərin çuxurlar | Biləcəridə qəza riski yaradan yol - Baku TV

Çökmüş yol, dərin çuxurlar | Biləcəridə qəza riski yaradan yol - Baku TV

Cəmiyyət
06 avqust 2026 297 baxış
Belə işlətmək olmaz | Poverbankla bağlı xəbərdarlıq | Hansı hallarda təhlükəlidir? - Baku TV

Belə işlətmək olmaz | Poverbankla bağlı xəbərdarlıq | Hansı hallarda təhlükəlidir? - Baku TV

Cəmiyyət
06 avqust 2026 297 baxış
"Azərişıq" Bakı və ətraf ərazilərdə yeni güc mərkəzləri yaradır - Baku TV CANLI

"Azərişıq" Bakı və ətraf ərazilərdə yeni güc mərkəzləri yaradır - Baku TV CANLI

Cəmiyyət
06 avqust 2026 297 baxış
Dövlət Komitəsi vahid aylıq müavinət ödənişi ilə bağlı məsələyə aydınlıq gətirdi - Baku TV CANLI

Dövlət Komitəsi vahid aylıq müavinət ödənişi ilə bağlı məsələyə aydınlıq gətirdi - Baku TV CANLI

Cəmiyyət
06 avqust 2026 297 baxış
"Elə şərtlər qoyulub ki..." | Qəza zamanı avtomobillər niyə kənara çəkilmir? - Baku TV

"Elə şərtlər qoyulub ki..." | Qəza zamanı avtomobillər niyə kənara çəkilmir? - Baku TV

Cəmiyyət
06 avqust 2026 297 baxış
Küləkli hava ilə bağlı xəbərdarlıq | Bunlara diqqət edin

Küləkli hava ilə bağlı xəbərdarlıq | Bunlara diqqət edin

Cəmiyyət
06 avqust 2026 297 baxış
Kəndin yeganə məscidində dəhşətli mənzərə | "Heç kim buradan götürə bilməz" - Baku TV

Kəndin yeganə məscidində dəhşətli mənzərə | "Heç kim buradan götürə bilməz" - Baku TV

Cəmiyyət
06 avqust 2026 297 baxış
FHN-dən küləkli hava ilə bağlı əhaliyə vacib xəbərdarlıq - Baku TV

FHN-dən küləkli hava ilə bağlı əhaliyə vacib xəbərdarlıq - Baku TV

Cəmiyyət
06 avqust 2026 297 baxış
Seçilmişlər
icon