FHN və ADY əməkdaşları birgə təlim keçirdi
Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi və Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti Biləcəri stansiyasında birgə taktiki-xüsusi təlim keçirib.
Baş verə biləcək fövqəladə hallar zamanı struktur bölmələrin qarşısında qoyulan tapşırıqların operativ yerinə yetirilməsi, eləcə də qəza-xilasetmə işləri üzrə dövlət qurumları arasında qarşılıqlı fəaliyyətin qurulması təlimin əsas hədəflərindən biri olub.
Baş verən hadisənin nəticələrinin aradan qaldırılması məqsədilə hadisə yerinə Fövqəlada Hallar Nazirliyinin Bakı Regional Mərkəzi, Dövlət Yanğından Mühafizə Xidməti, xüsusi təyinatlı texnikaları və şəxsi heyəti ilə yanaşı, təlim görmüş itlər, Dəmir Yollarının mülki müdafiə qüvvələri və müvafiq nəqliyyat vasitələri cəlb olunub.
Daha sonra hadisə yerindəki mövcud vəziyyətin qiymətləndirilməsi, idarəetmə və qarşılıqlı fəaliyyətin təşkili, zərərçəkmişlərin xilas edilməsi, xüsusi təlim görmüş itlərin tətbiqi, ilkin təxirəsalınmaz yardımın göstərilməsi üzrə tədbirlər həyata keçirilib.
