Pleyeri seçin:

Hamilələrin nəzərinə! | Bunları etmək uşağın xəstə doğulması riskini artırır

23 iyul 2024 407 baxış

Alimlər müəyyən ediblər ki, hamiləlik zamanı riayət olunan qidalanma tərzi körpənin autizmə tutulma riskinə təsir edir.

Sosiallaşmada və ünsiyyətdə problemlər yaradan autizm spektri pozğunluğunun həm ətraf mühit, həm də genetik faktorlardan qaynaqlandığı düşünülür.

“JAMA Network Open” jurnalında dərc olunan yeni araşdırma çərçivəsində İngiltərə və Norveçin iki əhatəli məlumat bazasından istifadə olunub. Beləliklə, ən azı 95 min ana və körpənin məlumatları təhlil edilib.

Birləşmiş Krallıqda məlumatlar 1990-1992-ci illərdə və Norveçdə 2002-2008-ci illərdə toplanıb. Uşaqlar ən azı 8 yaşına qədər izlənilib.

Tədqiqatçılar müəyyən ediblər ki, hamiləlik dövründə sağlam qidalanan anaların uşağına autizm diaqnozu qoyulma ehtimalı pis qidalananlara nisbətən 22 faiz aşağı olur. Sağlam qidalanmaq dedikdə doymuş yağlardan, işlənmiş ətdən, şirin içkilərdən və lazımsız karbohidratlardan uzaq durmaq, eyni zamanda müntəzəm olaraq tərəvəz, meyvə, çərəz, balıq və tam taxıllar istehlak etmək nəzərdə tutulur.

Hamiləlik dövründə müntəzəm olaraq sağlam qidalanan anaların uşaqlarının sosial problemlərinin yaranması ehtimalının da 24 faiz azaldığı anlaşılıb. Ananın pis qidalanmasının qız uşaqlarına daha çox təsir etdiyi müəyyən edilib.

Tədqiqatçılar hamiləlik zamanı riayət edilən pəhrizin DNT və ya immunitet sisteminə təsir göstərə biləcəyini irəli sürürlər. Autizm hallarının təxminən 40-80 faizinin genetik mənşəyə malik olduğu təxmin edilir. Bu səbəbdən sağlam qidalanan analardan dünyaya gələn uşaqlarda da autizm ehtimalı var.

Tədqiqat qrupu tapıntılarını təsdiqləmək üçün daha çox araşdırmaya ehtiyac olduğunu etiraf edib.

"Gecə boğuşurlar, səsləri evlə birdir" | Əhali qorxu içində | "İstədim ki, qaçım, yıxıldım üzüüstə"

"Gecə boğuşurlar, səsləri evlə birdir" | Əhali qorxu içində | "İstədim ki, qaçım, yıxıldım üzüüstə"

Cəmiyyət
23 sentyabr 2026 407 baxış
Xalça yuma şirkəti sakinin xalçasını niyə qaytarmır? - "Ucuz olanları gətirdilər ki..." - Baku TV

Xalça yuma şirkəti sakinin xalçasını niyə qaytarmır? - "Ucuz olanları gətirdilər ki..." - Baku TV

Cəmiyyət
23 sentyabr 2026 407 baxış
Gəncədə təşviş | Sakinlər küçəyə çıxmağa niyə qorxurlar? - Baku TV CANLI

Gəncədə təşviş | Sakinlər küçəyə çıxmağa niyə qorxurlar? - Baku TV CANLI

Cəmiyyət
23 sentyabr 2026 407 baxış
Məşhur meyxanaçının çıxış etdiyi restoranda olanlar sakinləri özündən çıxardı - Baku TV CANLI

Məşhur meyxanaçının çıxış etdiyi restoranda olanlar sakinləri özündən çıxardı - Baku TV CANLI

Cəmiyyət
23 sentyabr 2026 407 baxış
"Gecə 1-ə, 2-yə qədər orada..." | Namiq Mənanın meyxana dediyi restoranda nə baş verdi? - Baku TV

"Gecə 1-ə, 2-yə qədər orada..." | Namiq Mənanın meyxana dediyi restoranda nə baş verdi? - Baku TV

Cəmiyyət
23 sentyabr 2026 407 baxış
Yaşıl çayın düzgün istifadəsi çəkiyə nəzarətə dəstək ola bilər

Yaşıl çayın düzgün istifadəsi çəkiyə nəzarətə dəstək ola bilər

Cəmiyyət
23 sentyabr 2026 407 baxış
Xaricə getmək istədi, sərhəddə gözlənilməz məhdudiyyətlə üzləşdi - Baku TV CANLI

Xaricə getmək istədi, sərhəddə gözlənilməz məhdudiyyətlə üzləşdi - Baku TV CANLI

Cəmiyyət
23 sentyabr 2026 407 baxış
Müdafiə sənayesinin yerli imkanları ayrıca pavilyonda nümayiş olunacaq - Baku TV

Müdafiə sənayesinin yerli imkanları ayrıca pavilyonda nümayiş olunacaq - Baku TV

Cəmiyyət
23 sentyabr 2026 407 baxış
SOCAR-ın kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib - Baku TV

SOCAR-ın kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib - Baku TV

Cəmiyyət
23 sentyabr 2026 407 baxış
Metro istifadəçiləri üçün mühüm dəyişiklik qüvvəyə minir - Baku TV

Metro istifadəçiləri üçün mühüm dəyişiklik qüvvəyə minir - Baku TV

Cəmiyyət
23 sentyabr 2026 407 baxış
Seçilmişlər
icon