Pleyeri seçin:

Hamiləliyi dərmanla sonlandırmağın faciəvi sonu | “Qız istəmirlər deyə edirlər, amma...”

20 may 2025 871 baxış

Hamiləliyi özbaşına sonlandırma istəyi bəzi qadınların həyatını itirməsinə səbəb olur. İstər arzuolunmaz hamiləlik, istərsə də qız uşağına hamiləlik hallarında bu, ən birinci seçim olur.

Hazırda Azərbaycan abortların əhali sayına nisbətinə görə dünyada ilk pillələrdə qərarlaşıb. Statistika nə qədər ürək ağrıdırsa, bir o qədər də ikrah doğurur.

Həkimlər düşünürlər ki, dərmanla abort etməyə çalışan qadınlar öz həyatlarını da nə dərəcədə təhlükəyə atdıqlarının fərqində deyillər.

Ginekoloq Fidan Əliyevanın sözlərinə görə, bu növ dərmanların apteklərdə reseptsiz satılması qadağandır. Çünki bu dərmanların yanlış istifadəsi ciddi təhlükələrə gətirib çıxara bilər.

“Qadınlar hamilə olduqlarından şübhələndikləri an həkimə getmədən birbaşa apteklərə müraciət edirlər. Bəzi hallarda bu, uğurlu alınır, amma bəzən qadını həyati təhlükə ilə üz-üzə qoyur. Elə qanaxmalar olub ki, qadını xəstəxanaya çatdırmaq mümkün olmayıb”, ‒ deyə F.Əliyeva bildirib.

Ginekoloq Leyla Sadıqlı isə deyir ki, qadınlar hamiləliyin 12-ci həftəsinə kimi öz istəkləri ilə abort etdirə bilərlər. Lakin bu müddətdən sonra həyata keçirilən abortlar gecikmiş hesab olunur və qadın sağlamlığı üçün risklər daşıyır:

“Hamiləliyin 12-ci həftəsində ultrasəs müayinə zamanı dölün cinsiyyətinin qız olduğunu biləndə qadınlar aborta müraciət edirlər. Lakin gec həyata keçirilən abortlar zamanı qadında infeksiya, qanaxma, qadınlığın deşilməsi və ikincil sonsuzluq yarana bilər”.

Həkimlər hesab edirlər ki, bu cür nəticələr xanımların hamiləlikdən qorunmağa düzgün yanaşmamasıdır. Bunun üçün ən populyar növ spiral sayılır. Bundan başqa, dərialtı implantdan və hətta həblərdən istifadə edilir. Heç bir qorunma üsulundan istifadə etməyən qadınlar tez-tez hamilə qalırlar. Abort isə orqanizmdə çox sayda fəsadlar törədir. Bunu qadın həmin anda, yaxud bir ay, hətta illər sonra da hiss edə, yaşaya bilər.

Banner
Fabrik ərazisində 12 ev tikilib? - “Qanunsuzdur, işin ən qəribə tərəfi odur ki...” - Baku TV

Fabrik ərazisində 12 ev tikilib? - “Qanunsuzdur, işin ən qəribə tərəfi odur ki...” - Baku TV

Cəmiyyət
10 noyabr 2026 871 baxış
“1 km yolu niyə dönməliyəm?!” | Sakinlər etiraz edir | “Hər ay 1-2 nəfər ölür burada” - Baku TV

“1 km yolu niyə dönməliyəm?!” | Sakinlər etiraz edir | “Hər ay 1-2 nəfər ölür burada” - Baku TV

Cəmiyyət
10 noyabr 2026 871 baxış
“Onda bizə təyyarə alın, elə gedək!” | Tikinti şirkəti özbaşınalıq etdi, çəkilişdən sonra isə...

“Onda bizə təyyarə alın, elə gedək!” | Tikinti şirkəti özbaşınalıq etdi, çəkilişdən sonra isə...

Cəmiyyət
10 noyabr 2026 871 baxış
Paytaxt və bölgələrdə hava necə olacaq? - Baku TV CANLI

Paytaxt və bölgələrdə hava necə olacaq? - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 871 baxış
Binəqədidə sakinlər kanalizasiya probleminə görə çətin vəziyyətdə - Baku TV CANLI

Binəqədidə sakinlər kanalizasiya probleminə görə çətin vəziyyətdə - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 871 baxış
Masazırda hər an faciə yaşana bilər | Təhlükəli vəziyyət niyə həll edilmir? - Baku TV CANLI

Masazırda hər an faciə yaşana bilər | Təhlükəli vəziyyət niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 871 baxış
“Belə faciəni düşünmək də çətindir” | Masazırda yüzlərlə şagird risk altındadır - Baku TV

“Belə faciəni düşünmək də çətindir” | Masazırda yüzlərlə şagird risk altındadır - Baku TV

Cəmiyyət
10 noyabr 2026 871 baxış
Eyni əmək, fərqli maaş | Qadınlarla kişilərin əmək haqları arasındakı müxtəlifliyin səbəbi nədir?

Eyni əmək, fərqli maaş | Qadınlarla kişilərin əmək haqları arasındakı müxtəlifliyin səbəbi nədir?

Cəmiyyət
10 noyabr 2026 871 baxış
Piyada səkisinə niyə dirək basdırılıb? | Xırdalanda tikinti şirkəti hasar çəkmək üçün yola girir?

Piyada səkisinə niyə dirək basdırılıb? | Xırdalanda tikinti şirkəti hasar çəkmək üçün yola girir?

Cəmiyyət
10 noyabr 2026 871 baxış
"Sübut etdim ki, özüm almışam" | Etibarnaməni ləğv etdi, oğurlanıb deyə polisə şikayət etdi

"Sübut etdim ki, özüm almışam" | Etibarnaməni ləğv etdi, oğurlanıb deyə polisə şikayət etdi

Cəmiyyət
10 noyabr 2026 871 baxış
Seçilmişlər
icon