Pleyeri seçin:

Hansı məhsullar arıqlamağa köməklik etmir? | Rusiyalı ekspertdən mühüm açıqlama

26 yanvar 2025 417 baxış

Metabolizm orqanizmi enerji ilə təmin edən və metabolik prosesləri tənzimləyən mürəkkəb biokimyəvi reaksiyalar kompleksidir.

Çəki, sağlamlıq və hətta əhvali-ruhiyyə birbaşa metabolizmin sürətindən asılıdır.

Maddələr mübadiləsini necə sürətləndirmək və daha çox kalori yandırmaq olar?

Rusiyadan olan qidalanma üzrə ekspert Yuliya Makeyeva bildirib ki, qida rasionuna ilk növbədə daha çox zülallı qidalar – quş əti, balıq, yumurta, süd məhsulları və paxlalılar daxil edilməlidir:

“Zülalların həzmi əhəmiyyətli enerji tələb edir ki, bu da kalori sərfini artırır. Bu effekt qidanın spesifik-dinamik təsiri adlanır. Bu, xəstəliklərdən sonra bərpa və immunitetin qorunması üçün xüsusilə vacibdir”.

Y.Makeyevanın sözlərinə görə, sağlam yağlar, məsələn, “omega-3” yağ turşuları da eyni dərəcədə faydalıdır:

“Bunlar balıq, avokado və qoz-fındıqda olur, beyin fəaliyyətini, hormon fonunu yaxşılaşdırır. Bu, intensiv əqli yük dövrlərində aktualdır. Tam taxıl, tərəvəz və paxlalılardan alınan mürəkkəb karbohidratlar qanda şəkərin kəskin artımına səbəb olmadan uzunmüddətli toxluq hissi və enerji verir. Termogen effektli məhsullar da metabolizmi sürətləndirməyə kömək edir. Yaşıl çay, acı çili bibəri, qreypfrut istilik istehsalını və yağ yanmasını stimullaşdırır. Fermentləşdirilmiş qidalar bağırsaq mikroflorasını yaxşılaşdırır, kakao isə tərkibindəki maqnezium, flavonoidlər və inulin sayəsində qan dövranını və həzmi aktivləşdirir”.

O, metabolizmi sürətləndirmək üçün hansı məhsulları məhdudlaşdırmalı və ya istifadədən çıxarmalı olduğumuzu da açıqlayıb:

“Şəkər və təmizlənmiş karbohidratlar, şirniyyat, qazlı içkilər, çörək məmulatları qanda qlükozanın kəskin artımına səbəb olur və yağ yığılmasına şərait yaradır. Yağlı və qızardılmış qidalar, xüsusilə fastfudun tərkibindəki trans yağlar qaraciyəri yükləyir və maddələr mübadiləsini yavaşladır. Duza qoyulmuş qidalar və yarımfabrikatlardakı həddindən artıq duz orqanizmdə mayeni saxlayır.

Çox miqdarda çiy kələm, brokkoli yodun mənimsənilməsini bloklaşdıra və qalxanvari vəzin aktivliyini azalda bilər. Ona görə də onları qaynatmaq və ya bişirmək daha yaxşıdır. Gizli şəkər və kimyəvi əlavələr olan məhsullar – şirin yoqurtlar, quru səhər yeməkləri, spirtli içkilər bağırsaq mikroflorasını pozur və metabolizmi ləngidir”.

"Vəziyyətimiz çox ağırdır" | Kəndə verilən su niyə istifadəyə yararsız vəziyyətdədir? - Baku TV

"Vəziyyətimiz çox ağırdır" | Kəndə verilən su niyə istifadəyə yararsız vəziyyətdədir? - Baku TV

Cəmiyyət
27 sentyabr 2026 417 baxış
Masallıda məktəbdə aparılan təmir işləri sakinlərin narazılığına səbəb olub - Baku TV CANLI

Masallıda məktəbdə aparılan təmir işləri sakinlərin narazılığına səbəb olub - Baku TV CANLI

Cəmiyyət
27 sentyabr 2026 417 baxış
Naxçıvanda Vətən Müharibəsi şəhidlərinin xatirəsi anılır - Baku TV

Naxçıvanda Vətən Müharibəsi şəhidlərinin xatirəsi anılır - Baku TV

Cəmiyyət
27 sentyabr 2026 417 baxış
Qubada Anım Günü ilə əlaqədar Şəhidlər xiyabanı ziyarət edilib - Baku TV

Qubada Anım Günü ilə əlaqədar Şəhidlər xiyabanı ziyarət edilib - Baku TV

Cəmiyyət
27 sentyabr 2026 417 baxış
Şəhid Şahgündüz Cabbarovun şərəfli döyüş yolu - Baku TV

Şəhid Şahgündüz Cabbarovun şərəfli döyüş yolu - Baku TV

Cəmiyyət
27 sentyabr 2026 417 baxış
Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir - Baku TV

Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir - Baku TV

Cəmiyyət
27 sentyabr 2026 417 baxış
"Əfsanəvi tabor"un komandiri Nizami Əliyevin dilindən zəfər yolumuz - Baku TV

"Əfsanəvi tabor"un komandiri Nizami Əliyevin dilindən zəfər yolumuz - Baku TV

Cəmiyyət
27 sentyabr 2026 417 baxış
Döyüş meydanından Bakıya | Açıq səma altında muzey - Hərbi Qənimətlər Parkı - Baku TV

Döyüş meydanından Bakıya | Açıq səma altında muzey - Hərbi Qənimətlər Parkı - Baku TV

Cəmiyyət
27 sentyabr 2026 417 baxış
Azərbaycanda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib - Baku TV

Azərbaycanda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib - Baku TV

Cəmiyyət
27 sentyabr 2026 417 baxış
Bu gün Vətən müharibəsinin başlamasından 6 il ötür - Baku TV CANLI

Bu gün Vətən müharibəsinin başlamasından 6 il ötür - Baku TV CANLI

Cəmiyyət
27 sentyabr 2026 417 baxış
Seçilmişlər
icon