Pleyeri seçin:

"Heç bir kənddə bu qədər it yoxdur" | Buzovna sakinləri ayağa qalxdı - Baku TV

06 sentyabr 2026 234 baxış

Xəzər rayonunun Buzovna qəsəbəsində sahibsiz itlərin yaratdığı təhlükə ilə bağlı sakinlər Baku TV-nin qaynar xəttinə müraciət ediblər.

Sakinlər bildirirlər ki, çoxsaylı itlərin küçələrdə olması onların, xüsusilə də uşaqların və velosiped sürənlərin təhlükəsizliyi üçün problem yaradır.

Sakinlərin sözlərinə görə, dəniz sahilində yerləşən villadan itlər üçün sığınacaq kimi istifadə olunur. Onlar iddia edirlər ki, villanın ətrafında və yaxınlıqdakı küçələrdə müxtəlif cins itlər saxlanılır.

Sakinlərdən biri deyib:

“Son zamanlar bura 30-a yaxın it gətiriblər. Bu itlər ağızlıqsız küçəyə ümumiyyətlə çıxarıla bilməz. Amma onlar heç bir qoruyucu vasitə olmadan küçədə saxlanılır və bu, böyük təhlükədir”.

Sakin bildirib ki, xüsusilə axşam saatlarında problem daha da ciddi xarakter alır:

“Hansı quruma müraciət edirik, heç kəs bizə yardımçı olmur. İtlərin məsələləri ilə məşğul olan idarələrə zəng edirik. Deyirlər ki, Buzovnaya gələ bilmərik”.

Sığınacağın sahibi kimi təqdim olunan Fərid Mənsurov isə itlərin küçəyə buraxılması ilə bağlı iddiaları qəbul etməyib.

O bildirib ki, həmin itlərin bir hissəsi Buzovnada yaşayan küçə itləridir və onlar qısırlaşdırılır, peyvənd olunur:

“Biz itləri buraxmırıq. Buzovnadakı daşınmaz tikililərdən illər ərzində gedənlər itləri bayıra atırlar. İtlər çoxalır və biz onları qısırlaşdırırıq. Tam təhlükəsiz şəkildə burada gəzirlər”.

F.Mənsurov həmçinin itlər üçün villanın ətrafında sığınacaq yaradılmasını müdafiə edib:

“Kimdən icazə almalıyıq? Qoymuşuq, yaxşı etmişik. Vətəndaş narazıdırsa, gəlməsin mənim qapımın qarşısına”.

Banner
Göygöldə birgəyaşayış mədəniyyətinə həsr olunan konfrans - Baku TV

Göygöldə birgəyaşayış mədəniyyətinə həsr olunan konfrans - Baku TV

Cəmiyyət
06 oktyabr 2026 234 baxış
“Şəxsiyyətimə dair nəyisə ələ keçirsələr...” | Poverbankların bilmədiyimiz təhlükəsi - Baku TV

“Şəxsiyyətimə dair nəyisə ələ keçirsələr...” | Poverbankların bilmədiyimiz təhlükəsi - Baku TV

Cəmiyyət
06 oktyabr 2026 234 baxış
Əhalinin nəzərinə | Un məhsullarının qiyməti nə qədər arta bilər? - Baku TV

Əhalinin nəzərinə | Un məhsullarının qiyməti nə qədər arta bilər? - Baku TV

Cəmiyyət
06 oktyabr 2026 234 baxış
“Cırıq ayaqqabı ilə lavaş satırdım, sonra səhnələrə çıxdım” | Əlilliyi olan Fərid - ARZUNUN VAXTI

“Cırıq ayaqqabı ilə lavaş satırdım, sonra səhnələrə çıxdım” | Əlilliyi olan Fərid - ARZUNUN VAXTI

Cəmiyyət
06 oktyabr 2026 234 baxış
Hökməli sakinləri evdən çıxmaqda çətinlik çəkir

Hökməli sakinləri evdən çıxmaqda çətinlik çəkir

Cəmiyyət
06 oktyabr 2026 234 baxış
“Klyok” geyinirlər, üstdən də qaloş...” | Palçığa çevrilən küçədə dəhşətli mənzərə - Baku TV

“Klyok” geyinirlər, üstdən də qaloş...” | Palçığa çevrilən küçədə dəhşətli mənzərə - Baku TV

Cəmiyyət
06 oktyabr 2026 234 baxış
Yeni Ramanada şagirdlərin təhlükəli yolu | Səkisi olmayan yolda müxbirimizin çətin anları - Baku TV

Yeni Ramanada şagirdlərin təhlükəli yolu | Səkisi olmayan yolda müxbirimizin çətin anları - Baku TV

Cəmiyyət
06 oktyabr 2026 234 baxış
Yeni Ramanada məktəbə gediş-gəliş niyə təhlükəyə çevrilib? - Baku TV CANLI

Yeni Ramanada məktəbə gediş-gəliş niyə təhlükəyə çevrilib? - Baku TV CANLI

Cəmiyyət
06 oktyabr 2026 234 baxış
Aşmaq üzrə olan ağac təhlükəli vəziyyət yaradıb

Aşmaq üzrə olan ağac təhlükəli vəziyyət yaradıb

Cəmiyyət
06 oktyabr 2026 234 baxış
"8 qəpiyə verəcəyik, 2 günə bağı qurtarıram" | Quba bağlarında məhsuldarlıq niyə azalıb? - Baku TV

"8 qəpiyə verəcəyik, 2 günə bağı qurtarıram" | Quba bağlarında məhsuldarlıq niyə azalıb? - Baku TV

Cəmiyyət
06 oktyabr 2026 234 baxış
Seçilmişlər
icon