Cəmiyyət
Pleyeri seçin:
Həkimlərdən orqanizmə təhlükəli olan məhsulla bağlı ciddi xəbərdarlıq
Son vaxtlar yağsız süd dəbə çevrilib.
Bir çox insan onu adi südün alternativi kimi görür. Lakin əksəriyyət onun yaratdığı fəsadlardan xəbərsizdir.
Dietoloq Marian Qarsiya Martinez yağsız südün təhlükələri barədə öz “Instagram” səhifəsində paylaşım edərək bununla bağlı xəbərdarlıq edib.
Onun sözlərinə görə, bu məhsulu istehlak edərkən insan uzun müddət toxluq hissi keçirmir. Ona görə də gün ərzində adi haldan daha çox yemək riski ilə üzləşir.
Bundan əlavə, yağsız süd adi süd qədər dadlı olmadığına görə bir çox insan ona şəkər əlavə edir. Bu isə bir müddət sonra ciddi narahatlığa səbəb ola bilər.
Kopyalandı
Seçilmişlər