Pleyeri seçin:

AZAL prezidenti qəzadan danışdı | Səbəblər barədə bütün məlumat veriləcək

26 dekabr 2024 263 baxış

“Dekabrın 25-i dəhşətli bir qəza baş verdi. Çox təəssüflə qeyd etmək istərdim ki, qəza nəticəsində 30-dan çox sərnişin və bir neçə ekipaj üzvü həyatını itirib. Ekipaj üzvlərimiz işlərini qəhrəmancasına gördükləri üçün 20-dən çox sərnişin sağ qalıb”.

Bu sözləri jurnalistlərə açıqlamasında “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Samir Rzayev deyib.

O bildirib ki, məsələ dərindən araşdırılır: “Qəzanın səbəbləri müəyyənləşdiriləcək və ətraflı məlumat veriləcək. Dərdimiz böyükdür. Faciədə həyatını itirənlərin hər birinə Allah rəhmət eləsin”.

S.Rzayevin sözlərinə görə, qəzanın “qara qutu”su artıq tapılıb və onun təhlili üçün beynəlxalq aviasiya konvensiyalarına uyğun prosedurlar həyata keçirilir:

“Təyyarə oktyabr ayında tam təmirdən çıxıb, texniki baxışdan keçib və uçuşları 15 min saatdan çox olan təcrübəli pilotlar tərəfindən idarə edilirdi. Buna baxmayaraq, hadisənin səbəbləri araşdırılır”.

AZAL rəhbəri vurğulayıb ki, hazırda Aktau şəhərində olan sağ qalmış sərnişinlərin və dünyasını dəyişənlərin cəsədlərinin Azərbaycana geri qaytarılması üçün hazırlıqlar görülür.

Avtomobillərlə bağlı gözlənilməz qadağa | "Həm təhlükəlidir, həm də..." - Baku TV

Avtomobillərlə bağlı gözlənilməz qadağa | "Həm təhlükəlidir, həm də..." - Baku TV

Cəmiyyət
06 fevral 2026 263 baxış
"Su yuyub-aparıb, vallah, dəhşətdir!" | Həyatı iflic olan sakinlərin şikayəti  - Baku TV

"Su yuyub-aparıb, vallah, dəhşətdir!" | Həyatı iflic olan sakinlərin şikayəti - Baku TV

Cəmiyyət
06 fevral 2026 263 baxış
Qəbələdən gözoxşayan qış mənzərəsi

Qəbələdən gözoxşayan qış mənzərəsi

Cəmiyyət
06 fevral 2026 263 baxış
Şamaxı-İsmayıllı yolunda qatı duman

Şamaxı-İsmayıllı yolunda qatı duman

Cəmiyyət
06 fevral 2026 263 baxış
Müasir uşaqlar niyə daha tez böyüyür, amma boyu qısa qalır? - AKTUAL GÜNDƏM

Müasir uşaqlar niyə daha tez böyüyür, amma boyu qısa qalır? - AKTUAL GÜNDƏM

Cəmiyyət
06 fevral 2026 263 baxış
Hərbi cinayətlərdə ittiham olunan 15 Ermənistan vətəndaşına hökm oxunub - Baku TV

Hərbi cinayətlərdə ittiham olunan 15 Ermənistan vətəndaşına hökm oxunub - Baku TV

Cəmiyyət
06 fevral 2026 263 baxış
"Networking Azerbaijan" biznes klubunun qala gecəsi keçirilib - Baku TV

"Networking Azerbaijan" biznes klubunun qala gecəsi keçirilib - Baku TV

Cəmiyyət
05 fevral 2026 263 baxış
“Dişlərim olsa, xoşbəxt olaram” | “Üzünü görmədim, 3 uşağımız oldu” - ARZUNUN VAXTI

“Dişlərim olsa, xoşbəxt olaram” | “Üzünü görmədim, 3 uşağımız oldu” - ARZUNUN VAXTI

Cəmiyyət
05 fevral 2026 263 baxış
"Gecə 3-də xəbər verdilər ki, obyekt bağlanır" | "By Ruslan Pizza"da əməkhaqqı qalmaqalı - Baku TV

"Gecə 3-də xəbər verdilər ki, obyekt bağlanır" | "By Ruslan Pizza"da əməkhaqqı qalmaqalı - Baku TV

Cəmiyyət
05 fevral 2026 263 baxış
"Avadanlıqlarımız onlara görə xarab oldu" | Kənd sakinlərinin günü niyə qara olub? - Baku TV

"Avadanlıqlarımız onlara görə xarab oldu" | Kənd sakinlərinin günü niyə qara olub? - Baku TV

Cəmiyyət
05 fevral 2026 263 baxış
Seçilmişlər
icon