Pleyeri seçin:

"Bu bizim bölüşdüyümüz bir faciədir" | Zaxarovadan vacib açıqlama - Baku TV

25 dekabr 2025 648 baxış

“Azərbaycan Hava Yolları”na (AZAL) məxsus sərnişin təyyarəsi ilə bağlı faciədən düz bir il keçir”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Bu bizim bölüşdüyümüz bir faciədir. Təyyarə qəzasında Rusiya, Azərbaycan və Qazaxıstan vətəndaşları həlak olub. Qırğızıstan vətəndaşları isə yaralanıb. Biz yaxınlarını itirənlərin hamısının ağrı və kədərini tam bölüşürük”, – o əlavə edib.

M.Zaxarova qeyd edib ki, dekabrın 24-də Qroznıda baş verən təyyarə qəzasının ildönümündə həmin faciə qurbanlarının xatirəsinə ucaldılmış abidənin açılış mərasimi keçirilib:

“Mərasimdə Çeçenistan Respublikasının rəhbərliyi və Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev iştirak edib. Abidənin üzərindəki təyyarənin təsviri üzərində “Təyyarə qəzasında həlak olanların əbədi xatirəsi. Adlarınız qəlbimizdə əbədi qalacaq” qeydi var”.

Mariya Zaxarova AZAL-ın sərnişin təyyarəsinin vurulmasına görə Ukraynanı ittiham edib. O iddia edib ki, fəlakətin əsas səbəbi Ukraynanın Rusiyanın mülki infrastrukturuna PUA-lardan istifadə edərək terror hücumları olub.

“Hadisədən dərhal sonra Rusiya və Azərbaycan liderləri telefonla danışıblar. 2024-cü il dekabrın 28-də Rusiya Prezidenti Azərbaycan Respublikasının Prezidenti ilə telefon danışığında ölkəmizin hava məkanında baş verən faciəli hadisəyə görə rəsmi olaraq üzr istəyib”, – o vurğulayıb.

Xatırladaq ki, Bakı-Qroznı marşrutu ilə uçan AZAL-a məxsus sərnişin təyyarəsi 2024-cü il dekabrın 25-də Çeçenistanda Rusiyanın Hava Hücumundan Müdafiə sisteminin hücumuna məruz qalıb. Bundan sonra Qroznı hava limanına enişinə icazə verilməyən və uçuş istiqaməti məcburi dəyişdirilən təyyarə Qazaxıstanın Aktau şəhərində yerə çırpılıb. Olay nəticəsində 38 nəfər həlak olub, 29 nəfər yaralanıb.

Banner
Prezident İlham Əliyev COP31 Liderlər Sammitində iştirak edəcək - Baku TV

Prezident İlham Əliyev COP31 Liderlər Sammitində iştirak edəcək - Baku TV

Siyasət
10 noyabr 2026 648 baxış
Azərbaycan COP31-də “Dialoq Dəhlizi” konsepsiyası ilə çıxış edir - Baku TV

Azərbaycan COP31-də “Dialoq Dəhlizi” konsepsiyası ilə çıxış edir - Baku TV

Siyasət
10 noyabr 2026 648 baxış
“Böyük bir birlik mesajı verildi” | Cevdet Yılmaz Ərdoğanın Azərbaycana səfərini şərh etdi - Baku TV

“Böyük bir birlik mesajı verildi” | Cevdet Yılmaz Ərdoğanın Azərbaycana səfərini şərh etdi - Baku TV

Siyasət
10 noyabr 2026 648 baxış
“O, böyük bir lider və sülh insanıdır” | Naxçıvanda Atatürkün anım günü ilə bağlı tədbir - Baku TV

“O, böyük bir lider və sülh insanıdır” | Naxçıvanda Atatürkün anım günü ilə bağlı tədbir - Baku TV

Siyasət
10 noyabr 2026 648 baxış
“Haber Global”dan İlham Əliyevin Ərdoğana göndərdiyi başsağlığı məktubu barədə süjet - Baku TV

“Haber Global”dan İlham Əliyevin Ərdoğana göndərdiyi başsağlığı məktubu barədə süjet - Baku TV

Siyasət
10 noyabr 2026 648 baxış
Xəzərdə qarşıdurma riski: Azərbaycanı nə gözləyir? - AKTUAL GÜNDƏM

Xəzərdə qarşıdurma riski: Azərbaycanı nə gözləyir? - AKTUAL GÜNDƏM

Siyasət
10 noyabr 2026 648 baxış
İran sülh üçün şərtlərini açıqladı | Britaniyadan Rusiya ilə bağlı həyəcan təbili - YENİ BİR SƏHƏR

İran sülh üçün şərtlərini açıqladı | Britaniyadan Rusiya ilə bağlı həyəcan təbili - YENİ BİR SƏHƏR

Siyasət
10 noyabr 2026 648 baxış
Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür - Baku TV

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür - Baku TV

Siyasət
10 noyabr 2026 648 baxış
1914-cü ilədək bütünlüklə azərbaycanlılardan ibarət olan tarixi kəndimiz - Baku TV

1914-cü ilədək bütünlüklə azərbaycanlılardan ibarət olan tarixi kəndimiz - Baku TV

Siyasət
09 noyabr 2026 648 baxış
Qaraqayadan Dzoravanka: Azərbaycan kəndinin unudulmayan tarixi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Qaraqayadan Dzoravanka: Azərbaycan kəndinin unudulmayan tarixi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
09 noyabr 2026 648 baxış
Seçilmişlər
icon