Cəmiyyət
Pleyeri seçin:
Həm şəkərin çarəsidir, həm də... | Ata-babalarımızdan miras qalan dingin sirri
Zaqatalada 100 illər boyu istifadə edilən dingi hələ də qoruyub saxlayan sakinlər var.
Yengiyan kənd sakini Şaiq Əlixanovun sözlərinə görə, əvvəllər hər bir ailənin öz dingi olub.
Düyü, buğda, arpa və qarğıdalı kimi dənli bitkilər həmin alət vasitəsilə üyüdülüb.
Dingin ata-babalarımızdan miras qaldığını vurğulayan Şaiq Əlixanov qeyd edib ki, bu alətlə döyülən qida dadını və keyfiyyətini itirmir.
“Dingdə üyüdülən un qatqısız olur. Həmin unla bişirilən şirniyyat şəkərli diabet və təzyiqdən əziyyət çəkənlər üçün faydalıdır”, – deyə o söyləyib.
Kopyalandı
Seçilmişlər