Pleyeri seçin:

Hərbi cinayətkarların işi üzrə məhkəmədə 15 nəfər dindiriləcək | Baş Prokurorluq

06 yanvar 2025 232 baxış

Azərbaycanda həbsdə olan erməni hərbi cinayətkarların işi bir müddət əvvəl məhkəməyə göndərilib.

Baş Prokurorluqdan verilən məlumata əsasən, Bakı Hərbi Məhkəməsi 15 nəfərin ümumilikdə 2 548 epizod üzrə işinə baxacaq.

Hərbi cinayətkarlar Azərbaycan Respublikası və xalqına qarşı törədilən təcavüz aktı, işğal, soyqırımı, sülh və insanlıq əleyhinə digər cinayətlər, terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi və digər çoxsaylı cinayətlərin törədilməsi faktları ilə bağlı mühakimə olunacaqlar.

Ekspertlər deyirlər ki, məhkəmə prosesi Azərbaycan xalqına və dünya ictimaiyyətinə açıq həyata keçirilməlidir. Yəni tarixdə ikinci Nürnberq tribunalı Bakıda qurula bilər.

“Onlar mülki insanlara qarşı vəhşiliklər hazırlayıb, icra etmiş şəxslərdir. Fundamental hüquqlardan bəhs edən dövlətlər necə olur ki, separatizmi və separatçıları himayə edir?! İkinci Dünya müharibəsindən sonra Nürnberqdə baş tutan mühakimə prosesləri separatçılarla bağlı da icra olunmalıdır”, – deyə politoloq Şəbnəm Həsənova mövzu ilə bağlı Baku TV-yə danışarkən vurğulayıb.

Ermənistanın havadarları hər fürsətdə Azərbaycanda həbsdə olan hərbi cinayətkarların azad edilməsi ilə bağlı çağırışlar edirlər. Onalara haqq qazandırmaq törətdikləri əməllərə şərik olmaq deməkdir.

Ekspertlər bildirirlər ki, Qərb dairələrinin qondarma Dağlıq Qarabağın keçmiş “rəhbər”lərinə azadlıq istəyi cinayətkarlarla iş birliyini ört-basdır etmək məqsədi daşıyır.

"1-2 aya bu hala düşdü" | Məhsulların orijinal və ya saxta olduğunu necə bilək? - Baku TV

"1-2 aya bu hala düşdü" | Məhsulların orijinal və ya saxta olduğunu necə bilək? - Baku TV

Cəmiyyət
16 aprel 2026 232 baxış
"Bunu niyə düzəltmirlər ki?!" | Sabunçu tunelində yol çökdü, təhlükəli vəziyyət yarandı - Baku TV

"Bunu niyə düzəltmirlər ki?!" | Sabunçu tunelində yol çökdü, təhlükəli vəziyyət yarandı - Baku TV

Cəmiyyət
16 aprel 2026 232 baxış
"Xeyli pul yığırlar, amma..." - Buradan ev alanlar üçün həyat əsl kabusa çevrilib? - Baku TV

"Xeyli pul yığırlar, amma..." - Buradan ev alanlar üçün həyat əsl kabusa çevrilib? - Baku TV

Cəmiyyət
16 aprel 2026 232 baxış
69 minlik dələduzluqda ittiham olunan direktor Türkiyədə ələ keçirildi - Baku TV CANLI

69 minlik dələduzluqda ittiham olunan direktor Türkiyədə ələ keçirildi - Baku TV CANLI

Cəmiyyət
16 aprel 2026 232 baxış
Antifriz nə vaxt və necə dəyişdirilməlidir?

Antifriz nə vaxt və necə dəyişdirilməlidir?

Cəmiyyət
16 aprel 2026 232 baxış
Qaraciyərin piylənməsindən əziyyət çəkənlərin sayı proqnozlaşdırılır

Qaraciyərin piylənməsindən əziyyət çəkənlərin sayı proqnozlaşdırılır

Cəmiyyət
16 aprel 2026 232 baxış
Çox şirin içkilərin zərəri

Çox şirin içkilərin zərəri

Cəmiyyət
16 aprel 2026 232 baxış
Mərdəkanda Beynəlxalq Mədəniyyət Günü qeyd edilib - Baku TV

Mərdəkanda Beynəlxalq Mədəniyyət Günü qeyd edilib - Baku TV

Cəmiyyət
15 aprel 2026 232 baxış
Müharibələr bəşəriyyətə nə verdi? - Haqq-ədalət uğrunda mübarizə necə olmalıdır? - AMİN

Müharibələr bəşəriyyətə nə verdi? - Haqq-ədalət uğrunda mübarizə necə olmalıdır? - AMİN

Cəmiyyət
15 aprel 2026 232 baxış
"Bu küçəyə təcili yardım belə gəlmir" | Qəsəbə sakinləri yol problemindən gileyləndi - Baku TV

"Bu küçəyə təcili yardım belə gəlmir" | Qəsəbə sakinləri yol problemindən gileyləndi - Baku TV

Cəmiyyət
15 aprel 2026 232 baxış
Seçilmişlər
icon