Pleyeri seçin:

Hər adamın əlinin altında yatmayanı sev | Məhəbbət Dəmirçiyeva unuda bilməyəcəyi hadisədən danışdı

12 yanvar 2025 271 baxış

“O vaxtlar” verilişi budəfəki buraxılışında BDU-nun hüquq fakültəsinin professoru Məhəbbət Dəmirçiyevanın qonağı olub.

Verilişdə “Hüquqşünaslıq ixtisası daha çox hansı cinsə xasdır” sualını cavablandıran Məhəbbət Dəmirçiyeva qeyd edib ki, bu gün hüquq fakültəsi qızlar kollecinə çevrilib:

“O vaxtlar hüquq fakültəsində 3-4 qız görərdin. İndi isə qrupda oğlan tapmaq olmur, hamısı qızdır. Bilmirəm, bu nə dərəcədə yaxşıdır, nə dərəcədə pisdir, amma seçim onlarınkıdır. Belə bir söz var, hüququn bir tərəzisi var, o tərəziyə qadın baxışı daha ədalətli olur. Çünki o təkcə hüquqşünas yox, həm ana, həm qadın, həm də kiminsə həyat yoldaşı olur, çalışır ki, tarazlıq pozulmasın”.

Professor hüquqşünasların sosial verilişlərdə aktiv olmasına münasibət bildirib:

“Əslində, hüquqşünasların sosiallaşmasına, ictimaiyyətə hüquqlarını izah etmələrinə çox sevinərəm. Ancaq onların bir qrupunun məqsədi heç də kiməsə xidmət etmək deyil. Bəziləri irəli getmək üçün yaltaqlıq edir, dəridən-qabıqdan çıxırlar. Bu mənim sevmədiyim bir şeydir”.

M.Dəmirçiyevanın sözlərinə görə, ölkədə özünü psixoloq kimi qələmə verənlərin əksəriyyətinin bu sahəyə aidiyyəti yoxdur:

“Ölkənin 50 faizi başqa universitet qurtarıb, hərəsi bir dənə sertifikat alır, maşınının içinə qoyur, gələnə göstərir ki, psixoloqdur. Mən rica edirəm, psixoloqun geyiminə, özünü reklam etmək formasına baxın. Birinci növbədə onların əsas işi bahalı maşın sürmək, bir də açıq geyinməkdir. Bunu da onları yaxşı qəbul etsinlər deyə edirlər. Psixoloq dərman yazır, onların çoxunun elə özünü müalicə etmək lazımdır. Dünənə qədər Azərbaycanda heç psixoloq kimdir bilmirdilər. Psixoloqun abırlısı, həyalısı da var, amma onları sayıb verilişə çağıran yoxdur”.

Qadın-kişi münasibətlərinə də toxunan professor sevgidə xarici yox, daxili gözəlliyin önəmli olduğunu vurğulayıb.

“Qadının daxilinin gözəl olanını, xarakterlisini, hər adamın əlinin altında yatmayanını sev. Görünüş gözəllik deyil”, – deyə o qeyd edib.

Vətəndaşlarla tikinti şirkəti arasında mübahisə yarandı - Baku TV

Vətəndaşlarla tikinti şirkəti arasında mübahisə yarandı - Baku TV

Cəmiyyət
15 mart 2026 271 baxış
Gözlərdə bulanıq görmənin səbəbləri

Gözlərdə bulanıq görmənin səbəbləri

Cəmiyyət
15 mart 2026 271 baxış
Ağciyər xərçənginə qarşı güclü vasitədir?

Ağciyər xərçənginə qarşı güclü vasitədir?

Cəmiyyət
15 mart 2026 271 baxış
Lənkəranda şagirdlərin hazırladığı layihə qızıl medala layiq görüldü - Baku TV

Lənkəranda şagirdlərin hazırladığı layihə qızıl medala layiq görüldü - Baku TV

Cəmiyyət
15 mart 2026 271 baxış
"Bir arvadla bacarmıram, o birini..." | Bu kənddə başımıza oyun açan nə oldu? - KƏNDİNƏ QAYIT

"Bir arvadla bacarmıram, o birini..." | Bu kənddə başımıza oyun açan nə oldu? - KƏNDİNƏ QAYIT

Cəmiyyət
15 mart 2026 271 baxış
Bakı bulvarında Novruz yarmarkası təşkil olunub - Baku TV

Bakı bulvarında Novruz yarmarkası təşkil olunub - Baku TV

Cəmiyyət
15 mart 2026 271 baxış
Həftəsonu səfərə çıxacaq sürücülərin diqqətinə! - Baku TV

Həftəsonu səfərə çıxacaq sürücülərin diqqətinə! - Baku TV

Cəmiyyət
15 mart 2026 271 baxış
“Anama yalvarırdım ki, dərman al” - Epilepsiya xəstəsi Aydının anası fəryad etdi | ARZUNUN VAXTI

“Anama yalvarırdım ki, dərman al” - Epilepsiya xəstəsi Aydının anası fəryad etdi | ARZUNUN VAXTI

Cəmiyyət
14 mart 2026 271 baxış
“Milyonlarla baxışı pulla almısan" | Elnarə Xəlilovanın “tör-töküntü” dediyi kimlərdir? - QAPQARA

“Milyonlarla baxışı pulla almısan" | Elnarə Xəlilovanın “tör-töküntü” dediyi kimlərdir? - QAPQARA

Cəmiyyət
14 mart 2026 271 baxış
Ramazan ayının 25-ci gününün duası - Baku TV

Ramazan ayının 25-ci gününün duası - Baku TV

Cəmiyyət
14 mart 2026 271 baxış
Seçilmişlər
icon