Hər gün pivə içən kişilərin diqqətinə! | Qastroenteroloq faktlardan danışdı
Pivənin kişi bədənini qadın formasına salması barədə çoxdan fikirlər yayılıb.
Qastroenteroloq Yekaterina Kaşux bir pasiyentin pivədən süd vəzisinin böyüyüb, qadın forması və ölçüsü alması faktını bölüşüb.
“Pivədə həqiqətən fitoestrogenlər var, onlar qadın hormonuna yaxındır. Lakin bu konsentrasiya o qədər azdır ki, kişilərdə dəyişiklik yaratmır. Bitki tərkibli fitoestrogenlər kişini qadına çevirmir. Pivədən süd vəzisi də çıxmır. Amma bütün digər spirtli içkilər kimi pivənin də kişi cinsiyyət sağlamlığına zərəri istisnasız deyil.
Alkoqol ən vacib kişi hormonu olan testosteronu aşağı salır, spermanın aktivliyini azaldır. Təcrübəmizdə hər gün 5 butulka pivə içən kişinin süd vəzilərinin böyüməsi faktı var, amma bu artıq hiper təsirdir. Əgər kişi gündə 1 şüşə pivə içərsə, onda heç bir xarici görünüş dəyişikliyi ola bilməz”, – Y.Kaşux qeyd edib.
#Alkoqollu içkilər teqi istifadə olunub
- "Hərəyə bir cür təsir edir" - Ağır hadisələrin arxasında nə var? - "Ağlı çıxıb yerindən" - Baku TV
- Qanda qlükozanın artma səbəbləri | Bu yeməklərdən uzaq durun, yoxsa...
- Alkoqollu içkilərə görə 100 min insan... | Baş cərrahdan xəbərdarlıq
- Ömrümüzü qısaldan qida və içkilər hansılardır? - Bunları çox yeyib-içsək də...
- Alkoqollu içkilərlə bağlı yeni qanun layihəsi | Detallar açıqlandı
