Pleyeri seçin:

Hərbi çağırışla bağlı yeniliklər olacaq? - Səfərbərlik Xidmətindən açıqlama

17 dekabr 2024 498 baxış

Həqiqi hərbi xidmət müddətinin azaldılması məsələsi müzakirə mövzusu deyil.

Bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, son günlər “Hərbi vəzifə və hərbi xidmət haqqında” və “Səfərbərlik hazırlığı və səfərbərlik haqqında” qanuna, habelə “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə bir sıra dəyişikliklərin edilməsi məsələsi cəmiyyətdə geniş müzakirə olunur:

“Lakin əfsuslar olsun ki, bəzi xəbər saytlarında, sosial şəbəkə səhifələrində tirajlanan xəbərlər, həmçinin ekspertlər tərəfindən bildirilən fikirlər ictimaiyyət arasında çaşqınlıq yaradıb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti qanunun müvafiq müddəalarının təkmilləşdirilməsinə dair təkliflər verib və layihə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinə təqdim edilib.

Hazırda komitə üzvləri tərəfindən dəyişikliklər müzakirə olunub və Milli Məclisin plenar iclasına çıxarılıb. Milli Məclis tərəfindən qəbul edildiyi və ölkə başçısı tərəfindən imzalandığı təqdirdə qanunun yeni müddəaları qüvvəyə minəcək”.

Məlumata görə, sözügedən məsələ ilə bağlı hələlik qanuna heç bir dəyişiklik edilməyib:

“Dəyişikliklər bir sıra yenilikləri nəzərdə tutur. Lakin həqiqi hərbi xidmət müddətinin azaldılması məsələsi müzakirə mövzusu deyil. Yəni alitəhsilli çağırışçılar əvvəllər olduğu kimi 12 ay, digər hallarda isə 18 ay müddətində həqiqi hərbi xidmətə gedəcəklər”.

Kopyalandı
JAECOO J8 Azərbaycan yollarında sərt sınaqdan keçdi - Baku TV

JAECOO J8 Azərbaycan yollarında sərt sınaqdan keçdi - Baku TV

Cəmiyyət
16 sentyabr 2026 498 baxış
"Heç kəs burada zorakılıq göstərə bilməz" | Tələbələr iddialarla bağlı danışdı - Baku TV

"Heç kəs burada zorakılıq göstərə bilməz" | Tələbələr iddialarla bağlı danışdı - Baku TV

Cəmiyyət
16 sentyabr 2026 498 baxış
"Onların etdiyi zülm idi" | Yəhya Bakuviyə həsr olunmuş konfrans Ağdamda davam edir - Baku TV

"Onların etdiyi zülm idi" | Yəhya Bakuviyə həsr olunmuş konfrans Ağdamda davam edir - Baku TV

Cəmiyyət
16 sentyabr 2026 498 baxış
Əhalinin nəzərinə | Hava şəraiti sizi yenə çaşbaş qoyacaq? - Baku TV CANLI

Əhalinin nəzərinə | Hava şəraiti sizi yenə çaşbaş qoyacaq? - Baku TV CANLI

Cəmiyyət
16 sentyabr 2026 498 baxış
"Yemək yoxdur, toz-torpağın içindəyik" | TIR sürücüləri niyə 2 həftədir növbə gözləyir? - Baku TV

"Yemək yoxdur, toz-torpağın içindəyik" | TIR sürücüləri niyə 2 həftədir növbə gözləyir? - Baku TV

Cəmiyyət
16 sentyabr 2026 498 baxış
ADMİU tələbələri ilə bağlı sensasiya yaradan görüntülər - Baku TV CANLI

ADMİU tələbələri ilə bağlı sensasiya yaradan görüntülər - Baku TV CANLI

Cəmiyyət
16 sentyabr 2026 498 baxış
Mərdanov qardaşları küçəsində nə baş verir?

Mərdanov qardaşları küçəsində nə baş verir?

Cəmiyyət
16 sentyabr 2026 498 baxış
“Ağacla gəzirəm, mümkün deyil axı orada...” | Əmircan sakinləri təşviş içində - Baku TV

“Ağacla gəzirəm, mümkün deyil axı orada...” | Əmircan sakinləri təşviş içində - Baku TV

Cəmiyyət
16 sentyabr 2026 498 baxış
Bakıda maşın yolunu zəbt etdilər, sakinlər özündən çıxdı - Baku TV

Bakıda maşın yolunu zəbt etdilər, sakinlər özündən çıxdı - Baku TV

Cəmiyyət
16 sentyabr 2026 498 baxış
Canlı yayımda dəhşətə gətirən söhbət | ADMİU-da qalmaqal | "Orada etdiklərini hamı bilir" - Baku TV

Canlı yayımda dəhşətə gətirən söhbət | ADMİU-da qalmaqal | "Orada etdiklərini hamı bilir" - Baku TV

Cəmiyyət
16 sentyabr 2026 498 baxış
Seçilmişlər
icon