Cəmiyyət
Pleyeri seçin:

Heydər Əliyev Fondu tərəfindən daha 5 məktəb istifadəyə verilib

17 sentyabr 2023

Heydər Əliyev Fondu tərəfindən mütəmadi olaraq yeni məktəb binaları inşa olunaraq, yaxud əsaslı bərpa edilərək istifadəyə verilir.

Həmişə olduğu kimi, 2023-2024-cü tədris ilində də fondun müəllim və şagirdlərə diqqəti paytaxtla yanaşı, regionları da əhatə edib.

Əsaslı təmir və tikintidən sonra istifadəyə verilən belə məktəblərdən biri Cəlilabad rayonunun Sərhədabad kəndində yerləşir. 3 mərtəbəli, 4 korpuslu və 360 yerlik tədris binası artıq müəllim və şagirdlərin ixtiyarına verilib.

Salyan rayonunun Şorsulu kəndində yerləşən və bir əsrə yaxın yaşı olan Namiq İbrahimov adına tam orta məktəbin bərpasını da Heydər Əliyev Fondu öz üzərinə götürüb. Son illər istifadəyə yararsız vəziyyətə düşmüş Şorsulu kənd məktəbinin şagirdləri tədris ilinin ilk gününü yeni binada qarşılayıblar. Təhsil ocağında 300 şagird təhsil alacaq. Qeyd edək ki, üç korpusdan ibarət olan təhsil müəssisəsi zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və əyani vəsaitlərlə də təchiz edilib.

45 il əvvəl inşa olunmuş Yevlax rayon Xanabad kənd tam orta məktəbinin binası da yararsız hala düşmüşdü. Heydər Əliyev Fondunun dəstəyi ilə burada 360 şagirdlik yeni məktəb binası inşa edilərək müəllim və şagirdlərin istifadəsinə verilib. Yeni məktəb binasının ərazisində məktəblilərin idmanla məşğul olması üçün yüksək şərait yaradılıb.

1963-cü ildə inşa olunmuş Ucar rayonunun Rəstəcə kənd tam orta məktəbi də istismar müddətini başa vurduğundan yeni binanın tikintisinə ehtiyac yaranmışdı. Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində gördüyü işlər nəticəsində üç korpusdan ibarət 180 şagird yerlik yeni təhsil ocağı inşa olunaraq istifadəyə verilib. Burada şagirdlərin yeni bilik və bacarıqlara yiyələnmələri üçün bütün zəruri şərait yaradılıb.

Qax şəhərindəki Vaqif Əliyev adına 3 saylı tam orta məktəb binasının da təmir-bərpasına ehtiyac yaranmışdı. 1950-ci ildə inşa olunan təhsil ocağı yararsız vəziyyətdə idi. 320 şagirdlik yeni binanın tikintisi ilə bağlı aparılan işlər artıq yekunlaşıb və məktəb yeni tədris ilində şagird və müəllimlərin ixtiyarına verilib.

Qeyd edək ki, yeni tədris ilində Heydər Əliyev Fondu tərəfindən Bakı və regionlarda əsaslı təmir və bərpa olunan, eləcə də yeni inşa edilən 22 təhsil müəssisəsi – 19 məktəb və 3 məktəbəqədər müəssisə müəllim və şagirdlərin istifadəsinə verilib. Tədris ili ərzində Heydər Əliyev Fondu tərəfindən inşa və təmir edilən daha 10 məktəbin açılışı nəzərdə tutulur.

Bank olmayan kredit təşkilatlarının yeni fırıldağı | Aldanmayın!

Bank olmayan kredit təşkilatlarının yeni fırıldağı | Aldanmayın!

Cəmiyyət
13 may 2024
İcbari Tibbi Sığorta ilə bu müayinə pulsuz olacaq | Əhalinin nəzərinə

İcbari Tibbi Sığorta ilə bu müayinə pulsuz olacaq | Əhalinin nəzərinə

Cəmiyyət
13 may 2024
Sabir Rüstəmxanlı vəzifəli şəxslərdən, Sovetin təzyiqindən, indiki analardan danışdı - QAPQARA

Sabir Rüstəmxanlı vəzifəli şəxslərdən, Sovetin təzyiqindən, indiki analardan danışdı - QAPQARA

Cəmiyyət
13 may 2024
Xocalı yenidən dirçəlir | Köç edəcək ailələrin sayı açıqlandı

Xocalı yenidən dirçəlir | Köç edəcək ailələrin sayı açıqlandı

Cəmiyyət
13 may 2024
Qalıqları tapılan Məhərrəm Əzizov Bərdədə torpağa tapşırıldı

Qalıqları tapılan Məhərrəm Əzizov Bərdədə torpağa tapşırıldı

Cəmiyyət
13 may 2024
5 ailə üzvünü qətlə yetirən Əhmədin sonu necə olacaq? | Vəkildən açıqlama

5 ailə üzvünü qətlə yetirən Əhmədin sonu necə olacaq? | Vəkildən açıqlama

Cəmiyyət
13 may 2024
Baş Prokurorluq Əhməd Əhmədovla bağlı məlumat yaydı

Baş Prokurorluq Əhməd Əhmədovla bağlı məlumat yaydı

Cəmiyyət
13 may 2024
Qubadlıda yeni evlər tikiləcək | Qarabağa qayıdış daha da sürətlənir

Qubadlıda yeni evlər tikiləcək | Qarabağa qayıdış daha da sürətlənir

Cəmiyyət
13 may 2024
Nazirdən Qarabağ və Türkiyə-Azərbaycan universitetləri ilə bağlı açıqlama

Nazirdən Qarabağ və Türkiyə-Azərbaycan universitetləri ilə bağlı açıqlama

Cəmiyyət
13 may 2024
HHQ-nin xüsusi təyinatlıları Türkiyədə təlimdə | MN görüntülər yaydı

HHQ-nin xüsusi təyinatlıları Türkiyədə təlimdə | MN görüntülər yaydı

Cəmiyyət
13 may 2024
Seçilmişlər
icon