Sabir Rüstəmxanlı vəzifəli şəxslərdən, Sovetin təzyiqindən, indiki analardan danışdı - QAPQARA
“Mənim anam 14 uşaq dünyaya gətirmişdi. O qədər cavan qalmışdı ki, Bakıya gələndə elə bilirdilər, bacımdır”.
Bunu Baku TV-də yayımlanan “Qapqara” verilişində Milli məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı deyib.
O, müasir cəmiyyətdə bəzi qadınların övladlarını düzgün böyütmək məsuliyyətinin az olmasından gileylənib:
“Uşağı əməliyyatla dünyaya gətirirlər, ona öz südlərini vermirlər. Övladlarına layla oxumurlar, imkanı olanlar dayə tuturlar, mane olmasın deyə uşağa telefon verib başını qatırlar. Bunun nəyi analıqdır?!”.
Millət vəkili verilişdə onu da söyləyib ki, heç vaxt nə vəzifəsindən, nə də adından sui-istifadə edib:
“Heç vaxt haramla işim olmayıb. Halallıq dəbdən düşmüş sözdür. Amma halallıq onsuz da dəb üçün deyil, insanın içindəki rahatlığı qorumaq üçündür”.
#Sabir Rüstəmxanlı teqi istifadə olunub
- Vəzifədən gedən vətən düşməni olur | Sabir Rüstəmxanlı kimləri tənqid etdi? - AMİN
- “Bu, ədəbiyyatımıza hörmətsizlikdir!” - Azərbaycan və rus məktəbləri barədə qalmaqallı müzakirə
- Siyasətlərinə nifrət edirəm, amma... | Ayaz Salayev və Sabir Rüstəmxanlının mübahisəsi
- Rus sektorunu o adamlar bağlamaq istəyir ki... | Efirdə gərgin anlar
- Təhlükəli olan dil rus yox, budur! - Ayaz Salayev və Sabir Rüstəmxanlını qarşı-qarşıya qoyan məsələ
