Pleyeri seçin:

İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir

06 iyun 2023 392 baxış

Yolda sürət həddini aşmaya görə cərimələr artırılır. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir.

Belə ki, yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə 200 manat məbləğində cərimə tətbiq olunacaq. Digər bir dəyişikliklə isə yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşmağa görə 300 manat məbləğində cərimə tətbiq olunacaq.

Məcəllənin hazırkı variantı bu şəkildədir:
- yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə 150 manat məbləğində cərimə edilir.
- yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşmağa görə 250 manat məbləğində cərimə edilir.

Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə də cərimələr artırılır. Məcəllənin hazırkı variantında qeyd edilib ki, işıqforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə 60 manat məbləğində cərimə edilir.

Dəyişikliklə isə cərimə 60 manatdan 80 manata qaldırılır. Birtərəfli yollarda əks istiqamətdə hərəkət edən sürücülər isə 150 manat cərimlənəcəklər. Bununla bağlı da İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir.

Məcəllənin hazırkı variantında qeyd edilib ki, birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə 100 manat məbləğində cərimə edilir.

Dəyişikliyə əsasən bu cərimə 100 manatdan 150 manata qaldırılır. Dəyişikliklə mövcud standartlara uyğun olmayan dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitəsini idarə edənlər isə 100 manat cərimələnəcək.

Mədə-bağırsaq problemləri nə zaman təhlükəlidir? - Qastritin yaranma səbəbi | BAKU MED

Mədə-bağırsaq problemləri nə zaman təhlükəlidir? - Qastritin yaranma səbəbi | BAKU MED

Cəmiyyət
31 yanvar 2026 392 baxış
Lənkəranda dəniz suyunda azalma müşahidə olunub - Baku TV

Lənkəranda dəniz suyunda azalma müşahidə olunub - Baku TV

Cəmiyyət
31 yanvar 2026 392 baxış
Şərqdə ilk respublikanın memarı | Rəsulzadənin anadan olmasından 142 il ötür - Baku TV

Şərqdə ilk respublikanın memarı | Rəsulzadənin anadan olmasından 142 il ötür - Baku TV

Cəmiyyət
31 yanvar 2026 392 baxış
Bakıda ekologiyanı çirkləndirən avtobusun görüntüləri yayılıb - 24 SAAT

Bakıda ekologiyanı çirkləndirən avtobusun görüntüləri yayılıb - 24 SAAT

Cəmiyyət
31 yanvar 2026 392 baxış
Özbaşına tikilən evlər sənədləşdirilməyəcək? | Ekspertlər münasibət bildirdi - Baku TV

Özbaşına tikilən evlər sənədləşdirilməyəcək? | Ekspertlər münasibət bildirdi - Baku TV

Cəmiyyət
30 yanvar 2026 392 baxış
"Dostluğumuz sevgiyə, sevgimiz dostluğa çevrildi" - Goranboylu əməkdar müəllimin təsirli hekayəsi

"Dostluğumuz sevgiyə, sevgimiz dostluğa çevrildi" - Goranboylu əməkdar müəllimin təsirli hekayəsi

Cəmiyyət
30 yanvar 2026 392 baxış
"Uşaqlar qırılır odun yandırmaqdan!" - Acınacaqlı halda qalan kənd sakinlərinin fəryadı - Baku TV

"Uşaqlar qırılır odun yandırmaqdan!" - Acınacaqlı halda qalan kənd sakinlərinin fəryadı - Baku TV

Cəmiyyət
30 yanvar 2026 392 baxış
“Doğma yurdumda xidmət edəcəyəm” | Xankəndi, Xocalı və Ağdərəyə 142 nəfər köçürüldü

“Doğma yurdumda xidmət edəcəyəm” | Xankəndi, Xocalı və Ağdərəyə 142 nəfər köçürüldü

Cəmiyyət
30 yanvar 2026 392 baxış
Umud Mirzəyevin 65 illik yubileyi keçirildi | "Gənc olanda düşünürdük ki..."

Umud Mirzəyevin 65 illik yubileyi keçirildi | "Gənc olanda düşünürdük ki..."

Cəmiyyət
30 yanvar 2026 392 baxış
"Qonaq palçığa bata-bata gəlir" | Biləcəri sakinlərinə verilən sözlər niyə tutulmadı? - Baku TV

"Qonaq palçığa bata-bata gəlir" | Biləcəri sakinlərinə verilən sözlər niyə tutulmadı? - Baku TV

Cəmiyyət
30 yanvar 2026 392 baxış
Seçilmişlər
icon