Pleyeri seçin:
İrandan növbəti ərazi iddiası
İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani martın 5-də Tehranda keçirilən “Nizami həftəsi”nin açılış mərasimində Nizami Gəncəvi ilə bağlı absurd ifadələr işlədib.
Belə ki, o, dahi Azərbaycan şairi Nizami Gəncəvini fars şairi adlandırıb. Həmçinin Nazirliyin sözçüsü çıxışında Nizami Gəncəvinin İranın Gəncə şəhərində anadan olduğunu qeyd edərək, şovinist xislətini bir daha ortaya qoyub və onun İran mühitində yaşayıb yaratdığını iddia edib.
Qeyd edək ki, bu, iranlıların Nizami Gəncəvi ilə bağlı səsləndirdikləri ilk sərsəm fikir deyil. 2021-ci ildə İran “alimləri”nin bəziləri dahi şairimizin ölkənin Qum şəhərində anadan olması barədə məlumat yaymaqla gülüş obyektinə çevrilmişdilər.
Kopyalandı
#İran teqi istifadə olunub
- Netanyahudan Tehranla bağlı açıqlama | Yaxın Şərqdə vəziyyət gərginləşir - Baku TV CANLI
- Tehranda keçirilən müzakirələrdə Səudiyyə Ərəbistanının təhlükəsizliyi məsələsi önə çıxıb
- Katz İranın İsraildə seçkilərə təsir göstərmək üçün hücumlar təşkil edə biləcəyini bildirib
- Pezeşkian Vaşinqtona nə dedi? | Yaxın Şərqdə vəziyyət gərginləşir - Baku TV CANLI
- Lavrovun səfəri gözləntiləri doğrultdu? - Rusiya, İran və ABŞ arasında nə baş verir? - Baku TV
