Cəmiyyət
Pleyeri seçin:

Kibritin yaranmasında qeyri-adi detallar | İnsanlar nədən qorxdu? - ARAŞDIRMA

23 fevral 2024

Sadə bir əşya olan kibrit elə də qədim tarixə malik deyil, təxminən 150 il əvvəl icad olunub.

İlk dəfə Avropada kəşf edilən kibrit 50 il müddətində təkmilləşmə yolu keçib.

Qəribə görünsə də, alışqanlar kibritdən əvvəl ixtira edilib. İlk kibriti 1805-ci ildə fransalı Jan Lui Şansel icad edib. Xırda taxta çöplərinin üstünə bertolet duzu ilə şəkər tozunun qarışığı çəkilirdi. Sonra həmin çöpləri kükürd turşusuna batırarkən kimyəvi reaksiya gedirdi və alov əmələ gəlirdi. Amma hər kəsin özü ilə güclü təsirə malik olan kükürd turşusunu gəzdirməsi çox təhlükəli idi.

1830-cu ildə Fransa və Almaniyada indi istifadə etdiyimizə bənzər kibrit istehsal etməyə başladılar. Bu kibritlər ağ fosfordan düzəldilirdi. Ağ fosfor çox tez alışma qabiliyyətinə malik olması ilə bərabər, həm də zəhərli idi. Bu da insan səhhətinə çox pis təsir göstərirdi. Ağ fosfor çox tez alışma qabiliyyətinə malik olduğundan elə qutudaca bir-birinə sürtünməklə alışırdı.

Kibritin icadında son sözü isveçlilər deyirlər. Professor Qustaf Erik Paş kibrit çöplərinin uclarına çəkilən zəhərli ağ fosforu təsirsiz qırmızı fosforla əvəz edir. Bundan əlavə, o, kibrit çöplərini alışdırmaq üçün qutunun üzərinə də fosfor çəkilməsi ideyasını verir. Hal-hazırda məişətdə istifadə etdiyimiz müasir kibritlərin “müəllifi” isə İsveç mühəndisi Yuhan Lundstrem hesab edilir.

İndiki təhlükəsiz kibritləri ilk dəfə o, öz fabrikində istehsal etdirib. Bu səbəbdən də məişətdə istifadə etdiyimiz kibrit “İsveç kibriti” adlandırılır. 1837-ci ildə Rusiyaya gətirilən ilk kibritləri ruslar “spiçki” adlandırırdılar ki, bu da “taxta mismarlar” mənasına gəlirdi.

Rusiyada ilk kibrit istehsal edən fabrik 1870-ci illərdə işə salınıb. Deyilənlərə görə, bu fabrikin sahibi Vasili Lapşin bir müddət İsveçdə “Lundstremin” fabrikində işləyib. Keçmiş SSRİ kibrit istehsalına görə dünyada birinci yeri tuturdu.

Kopyalandı
Xəstəliyin əlamətləri hansılardır? | Həkim həyəcan təbili çaldı

Xəstəliyin əlamətləri hansılardır? | Həkim həyəcan təbili çaldı

Cəmiyyət
26 iyul 2024
Smartfonlar insanları belə təşvişə salır | Mütəxəssislər xəbərdarlıq etdi

Smartfonlar insanları belə təşvişə salır | Mütəxəssislər xəbərdarlıq etdi

Cəmiyyət
26 iyul 2024
Azərbaycan bazarını ələ keçirən Çin avtomobilləri | Üstünlüklər nələrdir?

Azərbaycan bazarını ələ keçirən Çin avtomobilləri | Üstünlüklər nələrdir?

Cəmiyyət
26 iyul 2024
Həm maşınlar üçün təhlükəlidir, həm də... | Piyada səkisi niyə dağıdıldı?

Həm maşınlar üçün təhlükəlidir, həm də... | Piyada səkisi niyə dağıdıldı?

Cəmiyyət
26 iyul 2024
Bu suallar müəllimləri də çaşbaş qoydu | Məsələ barədə açıqlama

Bu suallar müəllimləri də çaşbaş qoydu | Məsələ barədə açıqlama

Cəmiyyət
26 iyul 2024
İranda qalmaqallı məsələ | Şah İsmayıl Xətai barədə kitab niyə nəşr olunmadı?

İranda qalmaqallı məsələ | Şah İsmayıl Xətai barədə kitab niyə nəşr olunmadı?

Cəmiyyət
26 iyul 2024
Dəyişkən havalarla bağlı xəbərdarlıq | Hava haqqında məlumat

Dəyişkən havalarla bağlı xəbərdarlıq | Hava haqqında məlumat

Cəmiyyət
26 iyul 2024
Qətllərin artma səbəbi | İnsanların beynini havada, dərmanlarda olan maddələr pozur?

Qətllərin artma səbəbi | İnsanların beynini havada, dərmanlarda olan maddələr pozur?

Cəmiyyət
26 iyul 2024
Bu qaydanı pozan taksi sürücülərini hansı cəzalar gözləyir? | Qaydalar sərtləşdirildi

Bu qaydanı pozan taksi sürücülərini hansı cəzalar gözləyir? | Qaydalar sərtləşdirildi

Cəmiyyət
26 iyul 2024
Pişiklərə qarşı qeyri-insani rəftar edənlər kimlərdir? | DİN hərəkətə keçdi

Pişiklərə qarşı qeyri-insani rəftar edənlər kimlərdir? | DİN hərəkətə keçdi

Cəmiyyət
25 iyul 2024
Seçilmişlər
icon