Pleyeri seçin:

Kollektorun üzərində tikilən evin döşəməsi çökdü | “Partlayıb, axıb bizim evin altına” - Baku TV

15 yanvar 2026 727 baxış

Xətai rayonu, Rəşid Bağırov küçəsi, 36 ünvanında yerləşən ikimərtəbəli fərdi yaşayış evinin döşəməsi çöküb.

Ev sahibinin sözlərinə görə, hələ 2016-cı ildə qonşu evdə partlayan su borusundan axan sular bu günədək onların evinin zirzəmisinə dolub. Nəticədə, vəziyyət kritik həddə çatıb və sakinlər evi tərk etmək məcburiyyətində qalıblar.

“Artıq üç gündür qonşuda qalırıq. İcra hakimiyyətinə müraciət etdikdə isə bizə bildirirlər ki, sənədiniz yoxdur, bu məsələyə baxa bilmərik. Dediklərinə görə, yalnız 1 aylıq kirayə pulu vermək imkanları var. Kimə müraciət edəcəyimizi, hara üz tutacağımızı bilmirik. Gəlib bizə kömək edən, yol göstərən yoxdur”, – şikayətçilərdən biri deyib.

Xətai Rayon İcra Hakimiyyətindən mövcud vəziyyətdən xəbərdar olduqları bildirilib.

“Vətəndaş başçının səyyar qəbulunda da olub və ətraflı izahat verilib. Tikili kanalizasiya kollektorunun üzərində tikilib. Əlaqədar qurumların iştirakı ilə sözügedən ünvana baxış keçirilib. Verilən qərara əsasən, Rayon İcra Hakimiyyəti olaraq öhdəmizə düşəni edəcəyik”, – deyə qurumun cavabında qeyd olunub.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən isə bildirilib ki, sözügedən ərazidə şəhərin əsas daşıyıcı kollektorlarından olan 1200 millimetrlik kollektorda qəza baş verib:

“Qəzanın aradan qaldırılması üçün mütləq şəkildə fərdi yaşayış evi sökülməlidir. Sakinlərə evdə yaşamağın təhlükəli olduğu izah edilib və onların evdən çıxarılması təmin olunub”.

Qurumdan o da bildirilib ki, mövcud vəziyyət barədə rayon icra başçısının müavininə, Fövqəladə Hallar Nazirliyi Tikintiyə Nəzarət İdarəsinin rəhbərliyinə məlumat verilib. Müvafiq qurumların nümayəndələri ilə baxış keçirilib və vətəndaşın evinin hansı qaydada sökülməsi üçün qərar qəbul olunacaq. 

Banner
"Psixoloq pasiyentin ruhu ilə məşğul olmalıdır" | Acı çəkməyən adam müdrik ola bilərmi? - AMİN

"Psixoloq pasiyentin ruhu ilə məşğul olmalıdır" | Acı çəkməyən adam müdrik ola bilərmi? - AMİN

Cəmiyyət
22 oktyabr 2026 727 baxış
Azərbaycanda ortaaylıq əməkhaqqı 7 faizdən çox artdı | Göstərici qənaətbəxşdir? - Baku TV

Azərbaycanda ortaaylıq əməkhaqqı 7 faizdən çox artdı | Göstərici qənaətbəxşdir? - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 727 baxış
2035-ci ilə qədər istilik sistemlərində nəzərdə tutulan böyük dəyişiklik nədir? - Baku TV

2035-ci ilə qədər istilik sistemlərində nəzərdə tutulan böyük dəyişiklik nədir? - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 727 baxış
Çətirlərinizi hazırlayın! | Bakıda yaz havası sona çatır? - Baku TV CANLI

Çətirlərinizi hazırlayın! | Bakıda yaz havası sona çatır? - Baku TV CANLI

Cəmiyyət
22 oktyabr 2026 727 baxış
“Yaşamaq mümkün deyil, yayda lap dəhşətdir” | Xırdalan sakinlərini bezdirən problem - Baku TV

“Yaşamaq mümkün deyil, yayda lap dəhşətdir” | Xırdalan sakinlərini bezdirən problem - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 727 baxış
Xırdalandakı 13 mərtəbəli binada nə baş verir? | Sakinlər özündən çıxdı - Baku TV

Xırdalandakı 13 mərtəbəli binada nə baş verir? | Sakinlər özündən çıxdı - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 727 baxış
”Global Media Group”un təşəbbüsü ilə növbəti ağacəkmə aksiyası - Baku TV

”Global Media Group”un təşəbbüsü ilə növbəti ağacəkmə aksiyası - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 727 baxış
“Gecələr gizləndikləri yerdən çıxıb...” | Əqrəb sancan zaman ilk nələr edilməlidir? - Baku TV

“Gecələr gizləndikləri yerdən çıxıb...” | Əqrəb sancan zaman ilk nələr edilməlidir? - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 727 baxış
"Martda daşdı, 200-dən çox ailə kirayədə qaldı" | Masazırda yüzlərlə tikili su altında qala bilər

"Martda daşdı, 200-dən çox ailə kirayədə qaldı" | Masazırda yüzlərlə tikili su altında qala bilər

Cəmiyyət
22 oktyabr 2026 727 baxış
“Mənə daşın üstü də yararlıdır” | Vətəndaş 10 ildir torpağını niyə rəsmiləşdirə bilmir? - Baku TV

“Mənə daşın üstü də yararlıdır” | Vətəndaş 10 ildir torpağını niyə rəsmiləşdirə bilmir? - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 727 baxış
Seçilmişlər
icon