Pleyeri seçin:

Kondisionerlərlə bağlı xəbərsiz olduğunuz təhlükə | “Məndə elə hal olub ki...” - Baku TV

09 iyul 2026 192 baxış

İsti yay günlərində sərinləmək üçün evdə və ofisdə kondisionerdən istifadə edirik. Ancaq əksəriyyətimiz bu cihazların vaxtında təmizlənmədikdə yarada biləcəyi təhlükələrdən xəbərsizik.

Mütəxəssislər bildirirlər ki, vaxtında təmizlənməyən kondisionerlərdə təhlükəli bakteriyalar yaranır. Bu isə ağciyər infeksiyasına səbəb ola bilər.

Kondisioner ustası Rəşad Məhərləmov deyir ki, ev şəraitində istifadəçilərin edə biləcəyi əsas iş yalnız filtrləri çıxarıb su və fırça ilə yumaqdır:

“Bundan başqa görülən işlər yalnız ustalara aiddir. Çox adam eşidir ki, kondisioner spreylə yuyulur. Elə bilirlər ki, bunu özləri etməlidirlər. Xeyr, belə deyil. Kondisioner yeni alındıqdan üç il sonra hər il yuyulmalıdır. Əgər ev səliqəlidirsə, tozlu deyilsə, kondisionerin çirklənməsi gecikir. Çirklənmə əsasən evin içindəki tozla bağlı olur. Təmizlənmədikdə kondisioner sıradan çıxmır, sadəcə, sərinlik zəifləyir”.

Həkimlər isə bildirirlər ki, vaxtında təmizlənməyən kondisionerlər xüsusilə uşaqlar və xroniki xəstəliyi olan şəxslər üçün risklidir.

“Bu zaman asqırma, öskürmə, boğaz quruluğu, göz qıcıqlanması kimi hallar baş verə bilər. Yay aylarında tənəffüs yolları ilə bağlı şikayətlər artır, allergik problemlər çoxalır. Kif göbələklərinin sporları tənəffüs yollarına daxil olduqda immun sistemi həssas olan insanlarda iltihabi reaksiyalar yarada bilər”, – deyə həkim Abbas Bağırov bildirib.

Belə problemlərlə üzləşməmək üçün kondisioneri ildə azı bir dəfə təmizlətmək tövsiyə olunur. Mütəxəssislər isə bunun altı aydan bir edilməsini daha məqsədəuyğun hesab edirlər.

Kopyalandı
"Görəndə dəhşətə gəlirik" | 100 ildir inanc yeri olan məkanda müəmmalı hadisə - Baku TV

"Görəndə dəhşətə gəlirik" | 100 ildir inanc yeri olan məkanda müəmmalı hadisə - Baku TV

Cəmiyyət
24 avqust 2026 192 baxış
"Gəlirlər, söz verirlər bizə..." | Qazsız və istiliksiz qalan 16 mərtəbəli bina

"Gəlirlər, söz verirlər bizə..." | Qazsız və istiliksiz qalan 16 mərtəbəli bina

Cəmiyyət
24 avqust 2026 192 baxış
Evləri təhlükəli heyvanlar basdı, sakinlər təhlükədə qaldı - Baku TV CANLI

Evləri təhlükəli heyvanlar basdı, sakinlər təhlükədə qaldı - Baku TV CANLI

Cəmiyyət
24 avqust 2026 192 baxış
"İki dəfə gürzə öldürüblər" | Sakinləri qorxudan gözlənilməz təhlükə - Baku TV

"İki dəfə gürzə öldürüblər" | Sakinləri qorxudan gözlənilməz təhlükə - Baku TV

Cəmiyyət
24 avqust 2026 192 baxış
"Pişikləri də həmin ilan öldürüb" | Mərkəzi küçələrdə yaşayan sakinlərin fəryadı - Baku TV

"Pişikləri də həmin ilan öldürüb" | Mərkəzi küçələrdə yaşayan sakinlərin fəryadı - Baku TV

Cəmiyyət
24 avqust 2026 192 baxış
Xoşbəxt bəstəkar, bədbəxt qadın... - İbrahim Tatlıses Şəfiqə Axundovanın könlünü necə almışdı?

Xoşbəxt bəstəkar, bədbəxt qadın... - İbrahim Tatlıses Şəfiqə Axundovanın könlünü necə almışdı?

Cəmiyyət
23 avqust 2026 192 baxış
İsti hava ilə yanaşı, hansı ərazilərdə yağış ehtimalı var? - ANA XƏBƏR

İsti hava ilə yanaşı, hansı ərazilərdə yağış ehtimalı var? - ANA XƏBƏR

Cəmiyyət
23 avqust 2026 192 baxış
"Təhlükəlidir, qonşuların xəbəri yoxdur ki..." | Yasamalda 30 ildir bitməyən problem - Baku TV

"Təhlükəlidir, qonşuların xəbəri yoxdur ki..." | Yasamalda 30 ildir bitməyən problem - Baku TV

Cəmiyyət
23 avqust 2026 192 baxış
Ən qorxulu və ən zəhərli ilanın qeyri-adi bacarığı

Ən qorxulu və ən zəhərli ilanın qeyri-adi bacarığı

Cəmiyyət
23 avqust 2026 192 baxış
"Yay Fest"in "Mühəndislik və Kod" düşərgəsi başa çatdı - Baku TV

"Yay Fest"in "Mühəndislik və Kod" düşərgəsi başa çatdı - Baku TV

Cəmiyyət
23 avqust 2026 192 baxış
Seçilmişlər
icon