Pleyeri seçin:

Kriminal aləmin adamı niyə onu görüşə çağırdı? - Məhəbbət Kazımov haqqında bilinməyənlər

12 iyul 2026 380 baxış

“Retro Baku” verilişinin yeni buraxılışı görkəmli xanəndə, Əməkdar artist Məhəbbət Kazımovun həyat və yaradıcılığına həsr olunub.

Verilişdə sənətkarın yaxın dostları və həmkarları onunla bağlı indiyədək geniş ictimaiyyətə məlum olmayan xatirələrini bölüşüblər.

Diqqətçəkən məqamlardan biri Məhəbbət Kazımovun ifa etdiyi “Təkcə mənim olaydın” mahnısı ilə bağlı olub.

Şair Zahir Abbas bildirib ki, Rusiyada konsert proqramında iştirak edən müğənni kriminal aləmlə əlaqəsi olduğu deyilən bir şəxsin görüşünə çağırılıb:

“Görüş zamanı həmin şəxs mahnının sözlərinin əsl müəllifi olduğunu iddia etdi. O bildirdi ki, sözləri sevdiyi bir qıza həsr edib, lakin həmin qızın yalanı ucbatından bir gənci öldürüb. Dedi ki, hər gün Allahdan günahlarının bağışlanmasını diləyir və həmin gəncin ruhuna rəhmət oxuyur. Məhəbbət Kazımovdan xahiş və tələb etdi ki, bu mahnını bir daha ifa etməsin. Məhəbbət Kazımov isə sözlərin müəllifinin mahnının ifasına razılıq vermədiyini nəzərə alaraq onun tələbini qəbul edib”.

Şairin sözlərinə görə, sənətkar Rusiyadan qayıtdıqdan sonra “Təkcə mənim olaydın” mahnısını efirlərdə səsləndirməyib və onun təbliği ilə məşğul olmayıb. Məhəbbət Kazımov sağlığında bu hadisənin ictimailəşdirilməsini istəməyib.

Banner
Xəzər suitilərinin kütləvi ölümü ekoloji narahatlıq doğurur - Baku TV

Xəzər suitilərinin kütləvi ölümü ekoloji narahatlıq doğurur - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 380 baxış
Peşə təhsili sistemində problemlər var? | İmtahanlar düzgün qiymətləndirilmir? - Baku TV

Peşə təhsili sistemində problemlər var? | İmtahanlar düzgün qiymətləndirilmir? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 380 baxış
Artıq çəki orqanizmin müdafiə hüceyrələrinə təsir edir

Artıq çəki orqanizmin müdafiə hüceyrələrinə təsir edir

Cəmiyyət
25 oktyabr 2026 380 baxış
Çox hərəkət etmək diqqəti gücləndirə bilər

Çox hərəkət etmək diqqəti gücləndirə bilər

Cəmiyyət
25 oktyabr 2026 380 baxış
"31 min manat pul ödəmişik, ortada heç nə yoxdur" | Xırdalanda sakinlər niyə qazsız qalıb? - Baku TV

"31 min manat pul ödəmişik, ortada heç nə yoxdur" | Xırdalanda sakinlər niyə qazsız qalıb? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 380 baxış
Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür - Baku TV CANLI

Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür - Baku TV CANLI

Cəmiyyət
25 oktyabr 2026 380 baxış
Qubadlı azadlığının 6-cı ili | 25 oktyabrın tarixi əhəmiyyəti yenidən xatırlanır - Baku TV

Qubadlı azadlığının 6-cı ili | 25 oktyabrın tarixi əhəmiyyəti yenidən xatırlanır - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 380 baxış
98 illik fasilədən sonra “Turandot” operası Bakıda yenidən təqdim edilir - Baku TV

98 illik fasilədən sonra “Turandot” operası Bakıda yenidən təqdim edilir - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 380 baxış
Zaqatalada leysan və dolu sakinlərə çətin anlar yaşatdı - Baku TV

Zaqatalada leysan və dolu sakinlərə çətin anlar yaşatdı - Baku TV

Cəmiyyət
24 oktyabr 2026 380 baxış
Zaqatalanın Yuxarı Tala və Ələskər kəndlərində dolu təsərrüfatlara ziyan vurub - Baku TV CANLI

Zaqatalanın Yuxarı Tala və Ələskər kəndlərində dolu təsərrüfatlara ziyan vurub - Baku TV CANLI

Cəmiyyət
24 oktyabr 2026 380 baxış
Seçilmişlər
icon