Pleyeri seçin:
Leysanların yaratdığı fəsadlar minlərlə insanın həyatına təsir edib
Nepalda davamlı leysan yağışlar səbəbindən azı 21 nəfər ölüb.
Bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.
Təkcə Qandaki əyalətində leysanla əlaqədar təbii fəlakətlər nəticəsində 11 nəfər ölüb, 4 nəfər yaralanıb, daha 4 nəfər isə itkin düşmüş hesab olunur.
Bundan başqa, daşqın və torpaq sürüşmələri səbəbindən azı 1500 nəfər evsiz qalıb. 179 ev tamamilə, 26 ev qismən zədələnib, daha 270 ev isə dağılma təhlükəsi altındadır.
Nepalda intensiv yağışların səbəb olduğu daşqınlar səbəbindən yaranan sel suları Hindistanla sərhəddə yerləşən Bihar ştatındakı əraziləri su altında qoyub. Ştatın şimal-qərbindəki Baqaha bölgəsində mənbəyini Nepaldan götürən Qandak çayından gələn sular evlərin bir hissəsini suya qərq edib.
Kopyalandı
