Pleyeri seçin:

Mədəkiçiltmə əməliyyatı faciəyə səbəb oldu | Klinikada dəhşətli anlar

04 sentyabr 2025 792 baxış

Ötən gün tanınmış oftalmoloq Aytən Sultanovanın vəziyyəti qəfil pisləşib. Məlumata görə, o, mədəkiçiltmə əməliyyatından sonra qəbul etdiyi güclü ağrıkəsicilər və arıqlama dərmanlarının təsirindən səhhətində ciddi problemlərlə üzləşib.

Həkim təcili olaraq Mərkəzi Klinika Xəstəxanasının Reanimasiya və intensiv terapiya şöbəsinə köçürülüb. Hazırda müalicəsi davam etdirilir və vəziyyəti ağır-stabil olaraq qiymətləndirilir.

Son illərdə ölkədə mədəkiçiltmə əməliyyatına marağın artması ilə bağlı bu kimi xəbərlər tez-tez gündəmə gəlir. Uğurlu nəticələrlə yanaşı, əməliyyatlardan sonra həyatını itirən və ya səhhəti ağırlaşan pasiyentlərin sayı da narahatlıq doğurur.

Bariatrik cərrah Ayxan Abbasovun sözlərinə görə, əməliyyatdan sonra qeyri-steroid iltihabəleyhinə dərmanlardan mütləq şəkildə uzaq durmaq lazımdır, çünki bu preparatlar mədədə xora və qanaxma riskini artırır. Həmçinin şirin siroplar və gec əridilən kapsullar da məsləhət görülmür.

Cərrah əlavə edib ki, bu prosesdən sonra pasiyentlərdə vitamin və mineral çatışmazlıqları yarana bilər və buna xüsusi diqqət edilməlidir. Xüsusilə B12 vitamini, dəmir, D vitamini və kalsiumun orqanizmə vaxtında qəbul edilməsi mühüm əhəmiyyət kəsb edir.

Mütəxəssis deyir ki, əməliyyatdan sonrakı dövrdə özbaşına dərman qəbul etmək çox təhlükəlidir və əməliyyatın nəticələrinə ciddi zərər verə bilər. Ona görə də bütün dərman istifadəsi yalnız həkim nəzarəti ilə həyata keçirilməlidir.

Banner
Xəzər suitilərinin kütləvi ölümü ekoloji narahatlıq doğurur - Baku TV

Xəzər suitilərinin kütləvi ölümü ekoloji narahatlıq doğurur - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 792 baxış
Peşə təhsili sistemində problemlər var? | İmtahanlar düzgün qiymətləndirilmir? - Baku TV

Peşə təhsili sistemində problemlər var? | İmtahanlar düzgün qiymətləndirilmir? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 792 baxış
Artıq çəki orqanizmin müdafiə hüceyrələrinə təsir edir

Artıq çəki orqanizmin müdafiə hüceyrələrinə təsir edir

Cəmiyyət
25 oktyabr 2026 792 baxış
Çox hərəkət etmək diqqəti gücləndirə bilər

Çox hərəkət etmək diqqəti gücləndirə bilər

Cəmiyyət
25 oktyabr 2026 792 baxış
"31 min manat pul ödəmişik, ortada heç nə yoxdur" | Xırdalanda sakinlər niyə qazsız qalıb? - Baku TV

"31 min manat pul ödəmişik, ortada heç nə yoxdur" | Xırdalanda sakinlər niyə qazsız qalıb? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 792 baxış
Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür - Baku TV CANLI

Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür - Baku TV CANLI

Cəmiyyət
25 oktyabr 2026 792 baxış
Qubadlı azadlığının 6-cı ili | 25 oktyabrın tarixi əhəmiyyəti yenidən xatırlanır - Baku TV

Qubadlı azadlığının 6-cı ili | 25 oktyabrın tarixi əhəmiyyəti yenidən xatırlanır - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 792 baxış
98 illik fasilədən sonra “Turandot” operası Bakıda yenidən təqdim edilir - Baku TV

98 illik fasilədən sonra “Turandot” operası Bakıda yenidən təqdim edilir - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 792 baxış
Zaqatalada leysan və dolu sakinlərə çətin anlar yaşatdı - Baku TV

Zaqatalada leysan və dolu sakinlərə çətin anlar yaşatdı - Baku TV

Cəmiyyət
24 oktyabr 2026 792 baxış
Zaqatalanın Yuxarı Tala və Ələskər kəndlərində dolu təsərrüfatlara ziyan vurub - Baku TV CANLI

Zaqatalanın Yuxarı Tala və Ələskər kəndlərində dolu təsərrüfatlara ziyan vurub - Baku TV CANLI

Cəmiyyət
24 oktyabr 2026 792 baxış
Seçilmişlər
icon