Pleyeri seçin:

Təkrar mədəkiçiltmə əməliyyatı ciddi fəsadlar yaratdı - Baku TV

23 dekabr 2025 650 baxış

Şikayətçi Anar İsazadə Baku TV-yə müraciət edərək keçirdiyi mədəkiçiltmə əməliyyatlarından sonra ciddi sağlamlıq problemləri ilə üzləşdiyini bildirib.

Anar İsazadə deyib ki, artıq çəki problemindən əziyyət çəkdiyi üçün 2017-ci ildə mədəkiçiltmə əməliyyatı olub.

Şikayətçinin sözlərinə görə, bir müddət sonra yenidən kökəlməyə başlayıb və ikinci əməliyyatın mümkün olduğu bildirilib. Ona “Modern Hospital”da çalışan həkim Taryel Ömərov tövsiyə olunub və əməliyyatdan sonra problemlər başlayıb:

“On gündən sonra hərarətim qalxdı. Həkimlə əlaqə saxladım, dedi ki, klinikaya yaxınlaş. Rentgen etdilər və hər şeyin qaydasında olduğunu söylədilər. Məni evə göndərdilər”.

Anar İsazadə bildirib ki, bundan sonra vəziyyəti daha da ağırlaşıb:

“Kürək nahiyəmdə şiddətli ağrılar başladı. Müəyyən olundu ki, qida borumda fistula yaranıb. Qida boruma stend qoyuldu, amma iki ay sonra yenidən fistula yarandı. Qida və su qəbul edəndə öskürək tuturdu. Ümumilikdə 2024-cü ildə səkkiz dəfə əməliyyat keçirmişəm. Mədəni tamamilə götürdülər, bağırsağı qida borusuna birləşdirdilər”.

Anar İsazadə hazırda məhkəməyə müraciət etməyə hazırlaşdığını deyib.

Əməliyyatı həyata keçirən həkim Taryel Ömərov isə iddialarla razılaşmadığını bildirib:

“Biz 2023-cü ilin iyul ayının 28-də Anar bəyi təkrar mədəkiçiltmə əməliyyatı etdik. Ondan sonra o, normal şəkildə həyatına davam edib. 2024-cü ildə aparılan müayinələr zamanı qida borusunda təxminən 2 millimetrlik xırda bir dəlik aşkar olundu. Halbuki biz əməliyyatı qarın boşluğunda aparmışıq. Bu proses bizim əməliyyat sahəmizdən təxminən iki santimetr yuxarıda baş verib”.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən bildirilib ki, əməliyyatı icra edən həkim Taryel Ömərovun adı Səhiyyə Nazirliyinin Tibb İşçilərinin Vahid Reyestrində var, həmçinin cərrah kimi çalışması üçün müvafiq sertifikatı mövcuddur:

“Cərrah Taryel Ömərovun fəaliyyəti ilə bağlı bu vaxtadək Analitik Ekspertiza Mərkəzinə heç bir rəsmi şikayət daxil olmayıb. Sorğuda qeyd edilən əməliyyatın üzərindən 4 aydan çox vaxt keçdiyi üçün inzibati xətanın müddəti bitib. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin 38.1 bəndinə müvafiq olaraq, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən gec 4 ay keçənədək qüvvədə olur. Bu isə göstərilən faktla bağlı qanunvericiliklə müəyyən olunmuş qaydada Mərkəz tərəfindən uyğun tənbeh tədbirinin icrası üçün məhdudiyyət yaradır. Belə olan halda vətəndaş təsdiqedici sənədlərlə prokurorluğa müraciət etməlidir”.

Banner
Xəzər suitilərinin kütləvi ölümü ekoloji narahatlıq doğurur - Baku TV

Xəzər suitilərinin kütləvi ölümü ekoloji narahatlıq doğurur - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 650 baxış
Peşə təhsili sistemində problemlər var? | İmtahanlar düzgün qiymətləndirilmir? - Baku TV

Peşə təhsili sistemində problemlər var? | İmtahanlar düzgün qiymətləndirilmir? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 650 baxış
Artıq çəki orqanizmin müdafiə hüceyrələrinə təsir edir

Artıq çəki orqanizmin müdafiə hüceyrələrinə təsir edir

Cəmiyyət
25 oktyabr 2026 650 baxış
Çox hərəkət etmək diqqəti gücləndirə bilər

Çox hərəkət etmək diqqəti gücləndirə bilər

Cəmiyyət
25 oktyabr 2026 650 baxış
"31 min manat pul ödəmişik, ortada heç nə yoxdur" | Xırdalanda sakinlər niyə qazsız qalıb? - Baku TV

"31 min manat pul ödəmişik, ortada heç nə yoxdur" | Xırdalanda sakinlər niyə qazsız qalıb? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 650 baxış
Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür - Baku TV CANLI

Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür - Baku TV CANLI

Cəmiyyət
25 oktyabr 2026 650 baxış
Qubadlı azadlığının 6-cı ili | 25 oktyabrın tarixi əhəmiyyəti yenidən xatırlanır - Baku TV

Qubadlı azadlığının 6-cı ili | 25 oktyabrın tarixi əhəmiyyəti yenidən xatırlanır - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 650 baxış
98 illik fasilədən sonra “Turandot” operası Bakıda yenidən təqdim edilir - Baku TV

98 illik fasilədən sonra “Turandot” operası Bakıda yenidən təqdim edilir - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 650 baxış
Zaqatalada leysan və dolu sakinlərə çətin anlar yaşatdı - Baku TV

Zaqatalada leysan və dolu sakinlərə çətin anlar yaşatdı - Baku TV

Cəmiyyət
24 oktyabr 2026 650 baxış
Zaqatalanın Yuxarı Tala və Ələskər kəndlərində dolu təsərrüfatlara ziyan vurub - Baku TV CANLI

Zaqatalanın Yuxarı Tala və Ələskər kəndlərində dolu təsərrüfatlara ziyan vurub - Baku TV CANLI

Cəmiyyət
24 oktyabr 2026 650 baxış
Seçilmişlər
icon