Memarlıq abidəsinə müdaxilə ilə bağlı qurumlar niyə fərqli açıqlamalar verir? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Səbail rayonunda, Üzeyir Hacıbəyov küçəsində yerləşən tarixi abidədə aparılan dəyişiklik müzakirələrə səbəb olub.
Binanın memarlıq üslubuna uyğun tarixi taxta giriş qapısı sökülərək yerində şüşə konstruksiya quraşdırılıb. Bu müdaxilə cəmiyyətdə və ekspertlər arasında narazılıq doğurub, bəzi mütəxəssislər bunu tarixi irsə qarşı vandalizm kimi qiymətləndiriblər.
Məsələ ilə bağlı Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən Baku TV-yə bildirilib ki, abidəyə baxış zamanı binanın birinci mərtəbəsində qanunsuz müdaxilə faktı aşkarlanıb. Məlum olub ki, giriş qapısı sökülərək şüşə konstruksiya ilə əvəz edilib.
Əlavə edilib ki, hazırda faktla bağlı araşdırma aparılır, qanunvericiliyə uyğun tədbirlər görülür. Abidəyə dəymiş ziyanın ödənilməsi və onun ilkin görkəminə qaytarılması istiqamətində işlər davam etdirilir. Səbail Rayon İcra Hakimiyyətindən isə fərqli açıqlama verilib.
Qurumdan bildirilib ki, qeyri-yaşayış sahəsinin giriş qapısı uzun illər istifadə olunduğundan və istismara yararsız vəziyyətə düşdüyündən, Dövlət Xidmətinin müvafiq razılıq sənədi əsasında təmir və restavrasiya məqsədilə müvəqqəti olaraq dəyişdirilib.
Beləliklə, məsələ ilə bağlı dövlət qurumlarının açıqlamaları arasında ziddiyyət yaranıb. Bir qurum müdaxilənin qanunsuz olduğunu bildirir, digər qurum isə dəyişikliyin müvafiq razılıq əsasında həyata keçirildiyini qeyd edir.
#Səbail rayonu teqi istifadə olunub
- “Palçığa batıb, camaatın içində oturanda adam utanır” | Aidiyyəti qurumdan açıqlama - Baku TV
- “Sakinlər heç cür hərəkət edə bilmirlər” | Səbail rayonunun əhalisi niyə çətin durumdadır? - Baku TV
- "Qonşunun qapısını döyəndə qorxuram..." | Yüzdən çox yaşı olan bina qəzalı vəziyyətdə - Baku TV
- Səbail rayonunda qəzalı bina | Sakinlərin problemi nə vaxt həll olunacaq?- Baku TV
- Ödənişli parklanma niyə xidməti oldu? | Sakinlərin parklanma problemi böyüyür - Baku TV
