Pleyeri seçin:

Mənfi xüsusiyyətlər insanları daha cəlbedici edir? - Araşdırmanın nəticəsi heyrətləndirdi

13 fevral 2025 487 baxış

Edinburq Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, narsist olanlar, manipulyasiya edənlər və duyğusuz kişilər potensial tərəfdaşları cəlb etmirlər.

Amma uzun müddətdir ki, eqoist, manipulyasiya edən və laqeyd kişilərin qadınları daha çox cəlb etdiyi deyilirdi.

Alimlərin apardığı yeni araşdırma nəticəsində məlum olub ki, şəxsiyyətin pis xüsusiyyətlərinin yüksək səviyyədə olması onu daha cəlbedici etmir. Əksinə, potensial partnyorlar bu xüsusiyyətlər üzrə aşağı bal toplayan insanlara, xüsusən də uzunmüddətli əlaqələrə üstünlük verirlər.

Müəlliflər pis xüsusiyyətlərə malik insanların daha cəlbedici qəbul edilib-edilmədiyini müəyyən etmək üçün iki təcrübə aparıblar.

İlk araşdırmada hipotetik tərəfdaşların cəlbediciliyini qiymətləndirmək istəyən 475 nəfər iştirak edib. İştirakçılara aşağı, orta və ya yüksək səviyyəli qaranlıq şəxsiyyət xüsusiyyətlərini əks etdirən davranış təsvirləri ilə müşayiət olunan fotoşəkillər göstərilib.

794 nəfərin qatıldığı ikinci araşdırmada görünüşün reytinqlərə təsirini aradan qaldırmaq üçün təqdim olunan üzlərin sırası təsadüfi seçilib. Hər bir halda subyektlər hipotetik tərəfdaşların həm qısamüddətli, həm də uzunmüddətli əlaqələr üçün cəlbediciliyini qiymətləndiriblər.

Məlum olub ki, qısamüddətli münasibətlərdə iştirakçılar üstünlüklərindən asılı olmayaraq daha çox pis xüsusiyyətləri az olan partnyorları seçirlər. Üstəlik, uzunmüddətli münasibətlərdə də bu cür xüsusiyyətlərin səviyyəsi aşağı olan insanların cəlbediciliyi daha yüksək olub.

Müəlliflər vurğulayırlar ki, real həyatda cəlbediciliyin dərk edilməsi bir çox amilləri, o cümlədən qarşılıqlı əlaqə və şifahi olmayan ünsiyyəti əhatə edir.

Amma yalnız şəxsiyyət xüsusiyyətlərinə etibar etsək, “bad boys” – “pis oğlanlar”, kobud, laqeyd kişilər və “femme fatale” – “ölümcül qadınlar”, yəni hədsiz cazibədar, təhlükəli xanımlar heç bir xüsusi çəkiciliyə malik deyillər.

Restoranda qalmaqal | "Daha bu dərəcədə də yox da!" - Toy yeməkləri gizlədilir? - Baku TV

Restoranda qalmaqal | "Daha bu dərəcədə də yox da!" - Toy yeməkləri gizlədilir? - Baku TV

Cəmiyyət
16 fevral 2026 487 baxış
60 ailə doğma yurduna qayıtdı

60 ailə doğma yurduna qayıtdı

Cəmiyyət
16 fevral 2026 487 baxış
"Şamaxinka"da nəqliyyatın hərəkətinin təşkilində dəyişiklik edilir - Baku TV CANLI

"Şamaxinka"da nəqliyyatın hərəkətinin təşkilində dəyişiklik edilir - Baku TV CANLI

Cəmiyyət
16 fevral 2026 487 baxış
"İnsan kimi yaşamırıq burada" | Əlilliyi olan şəxs niyə dəhşətli şəraitdə qalır? - Baku TV

"İnsan kimi yaşamırıq burada" | Əlilliyi olan şəxs niyə dəhşətli şəraitdə qalır? - Baku TV

Cəmiyyət
16 fevral 2026 487 baxış
Əldə olunan gəlir sığınacaqdakı qızların təhsil ehtiyaclarına sərf olunacaq

Əldə olunan gəlir sığınacaqdakı qızların təhsil ehtiyaclarına sərf olunacaq

Cəmiyyət
16 fevral 2026 487 baxış
Hava haqqında vacib məlumat | Dövlət Xidməti açıqlama yaydı - Baku TV

Hava haqqında vacib məlumat | Dövlət Xidməti açıqlama yaydı - Baku TV

Cəmiyyət
16 fevral 2026 487 baxış
“Heç birindən xeyir görmədi mənim balam” | Bina tikən şəriklərin işi məhkəməlik oldu - Baku TV

“Heç birindən xeyir görmədi mənim balam” | Bina tikən şəriklərin işi məhkəməlik oldu - Baku TV

Cəmiyyət
15 fevral 2026 487 baxış
Ana azyaşlı qızını küçədə qoyub getdi | Sığınacağın əməkdaşı hər şeyi danışdı - Baku TV

Ana azyaşlı qızını küçədə qoyub getdi | Sığınacağın əməkdaşı hər şeyi danışdı - Baku TV

Cəmiyyət
15 fevral 2026 487 baxış
"1 gündə 2 qardaşımı, sonra ərimi..." | Kərkicahanda illər sonra kimlər qarşılaşdı? - KƏNDİNƏ QAYIT

"1 gündə 2 qardaşımı, sonra ərimi..." | Kərkicahanda illər sonra kimlər qarşılaşdı? - KƏNDİNƏ QAYIT

Cəmiyyət
15 fevral 2026 487 baxış
Müştəri nə istəyir, onu da hazırlayırıq | İnsan saçı və qanı ilə düzəldilmiş aksesuarlar

Müştəri nə istəyir, onu da hazırlayırıq | İnsan saçı və qanı ilə düzəldilmiş aksesuarlar

Cəmiyyət
14 fevral 2026 487 baxış
Seçilmişlər
icon