Pleyeri seçin:

“Mənim imkanım yoxdur ki...” | Məktəblərlə bağlı bu problem valideynləri özündən çıxardı

26 noyabr 2025 691 baxış

Bir sırada hərfləri öyrənməli olan birincilər, digərində isə artıq məntiqi tapşırıqlara keçməli olan 3-cü siniflər.

Siyəzən rayon Rasim Abdulrəhmanov adına Gilgilçay qəsəbə tam orta ümumtəhsil məktəbində onlar eyni sinifdə istəmədən bir-birlərinə mane olurlar.

Üçüncülər təkrar dərslərdən sıxıldığı halda, birincilərin diqqətini hansısa nağıl qəhrəmanından hərflərə doğru yönəltmək az qala mümkünsüz olur. Regionların bir çoxunda, xüsusilə kənd və qəsəbə məktəblərində bu hal tez-tez müşahidə olunur.

Məsələ ilə bağlı Quba-Xaçmaz Regional Təhsil İdarəsindən bildirilib ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı normaları”na əsasən, tam orta siniflərin təşkili üçün minimum şagird sayı təmin olunmalıdır.

Siyəzən rayon Rasim Abdulrəhmanov adına Gilgilçay qəsəbə tam orta ümumtəhsil məktəbində birinci sinifdə 5 şagird təhsil alır. Mövcud qaydalara görə, ibtidai təhsil səviyyəsinin bir sinfində şagird sayı 10 nəfərdən az olduqda həmin sinif ibtidai təhsil səviyyəsinin digər bir sinfi ilə birləşdirilərək, komplekt siniflər təşkil olunur. Belə siniflərdə şagird sayı 18 nəfərdən çox olmamalıdır.

Daha öncə valideynlərlə görüş təşkil olunub və müraciətləri rəsmi olaraq mövcud qaydalar izah edilməklə cavablandırılıb. Şagirdlərin təhsil hüququnun təmin olunması məqsədilə onların qonşu məktəblərdə təhsillərini davam etdirmələri tövsiyə edilib. Ancaq başqa məktəb seçimi heç də hər valideyn üçün əlverişli deyil.

“Mənim uşağımı başqa məktəbə aparıb-gətirməyə imkanım yoxdur. İstəyirəm ki, öz kəndimdə oxusun. Uşaqların fikirləri bir-birində qalır. Müəllim 45 dəqiqə ərzində hansı sinfi öyrədə bilər?!”, – deyə valideyn Nazilə Bayramova narazılığını bildirib.

Kopyalandı
Banner
Xəzər suitilərinin kütləvi ölümü ekoloji narahatlıq doğurur - Baku TV

Xəzər suitilərinin kütləvi ölümü ekoloji narahatlıq doğurur - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 691 baxış
Peşə təhsili sitemində problemlər var? | İmtahanlar düzgün qiymətləndirilmir? - Baku TV

Peşə təhsili sitemində problemlər var? | İmtahanlar düzgün qiymətləndirilmir? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 691 baxış
Artıq çəki orqanizmin müdafiə hüceyrələrinə təsir edir

Artıq çəki orqanizmin müdafiə hüceyrələrinə təsir edir

Cəmiyyət
25 oktyabr 2026 691 baxış
Çox hərəkət etmək diqqəti gücləndirə bilər

Çox hərəkət etmək diqqəti gücləndirə bilər

Cəmiyyət
25 oktyabr 2026 691 baxış
"31 min manat pul ödəmişik, ortada heç nə yoxdur" | Xırdalanda sakinlər niyə qazsız qalıb? - Baku TV

"31 min manat pul ödəmişik, ortada heç nə yoxdur" | Xırdalanda sakinlər niyə qazsız qalıb? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 691 baxış
Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür - Baku TV CANLI

Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür - Baku TV CANLI

Cəmiyyət
25 oktyabr 2026 691 baxış
Qubadlı azadlığının 6-cı ili | 25 oktyabrın tarixi əhəmiyyəti yenidən xatırlanır - Baku TV

Qubadlı azadlığının 6-cı ili | 25 oktyabrın tarixi əhəmiyyəti yenidən xatırlanır - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 691 baxış
98 illik fasilədən sonra “Turandot” operası Bakıda yenidən təqdim edilir - Baku TV

98 illik fasilədən sonra “Turandot” operası Bakıda yenidən təqdim edilir - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 691 baxış
Zaqatalada leysan və dolu sakinlərə çətin anlar yaşatdı - Baku TV

Zaqatalada leysan və dolu sakinlərə çətin anlar yaşatdı - Baku TV

Cəmiyyət
24 oktyabr 2026 691 baxış
Zaqatalanın Yuxarı Tala və Ələskər kəndlərində dolu təsərrüfatlara ziyan vurub - Baku TV CANLI

Zaqatalanın Yuxarı Tala və Ələskər kəndlərində dolu təsərrüfatlara ziyan vurub - Baku TV CANLI

Cəmiyyət
24 oktyabr 2026 691 baxış
Seçilmişlər
icon