Pleyeri seçin:
Müdafiə naziri yaralı hərbçilərimizə baş çəkdi
Sentyabrın 24-də müdafiə naziri Zakir Həsənov və qurumun digər rəhbər şəxsləri Müdafiə Nazirliyinin Baş Klinik Hospitalını ziyarət ediblər.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Zakir Həsənov Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı yaralanan və hospitalda müalicə olunan hərbi qulluqçularla görüşərək onların səhhəti və qayğıları ilə maraqlanıb. Bildirilib ki, hospitalda yaralı hərbçilərimizin müalicəsi üçün bütün tibbi personal yüksək peşəkarlıqla fəaliyyət göstərir.
Sonda nazir yaralı hərbi qulluqçularımıza göstərilən xidmətin daha keyfiyyətli təşkil olunması ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.
Kopyalandı
#Zakir Həsənov teqi istifadə olunub
- Bakıda Türkiyənin Zəfər Bayramı münasibətilə rəsmi tədbir təşkil edildi - Baku TV
- Hərbi hissələrdə xidmət və sosial şəraitə xüsusi diqqət göstərilir - Baku TV
- Zakir Həsənov Ərdoğanla birgə "EFES-2026" hərbi təlimini izləyib - Baku TV
- Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib - Baku TV
- Azərbaycan və Böyük Britaniyanın müdafiə nazirləri görüşüb - Baku TV
