Müdafiə Nazirliyi yaralı hərbçilərimizlə bağlı məlumat yaydı
Aprelin 11-də Ermənistan Silahlı Qüvvələrinin təxribatının qarşısını alarkən yaralanan 4 hərbi qulluqçumuzdan 2-si əraziyə yaxın yerləşən hərbi tibb müəssisəsindən sanitar aviasiya vasitəsilə peşəkar həkimlərimizin ciddi nəzarəti altında ixtisaslaşdırılmış hərbi tibb müəssisəsinə təxliyə olunub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, aprelin 11-i saat 16:20 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini minaatanlar da daxil olmaqla, müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub. Hərbi qulluqçularımızın sayıqlığı nəticəsində Ermənistanın törətdiyi təxribatın qarşısı qətiyyətlə alınıb, atəş nöqtələri susdurulub və qarşı tərəf xeyli sayda itki verib.
#Erməni təxribatı teqi istifadə olunub
- İrəvanda qalmaqallı təxribat | Paşinyan açıqlama verdi - Baku TV
- Olimpiya arenasında separatizm: idman necə siyasi silaha çevrilir? | QƏRBİ AZƏRBAYCAN XRONİKASI
- Tarixi faciənin 34-cü ili | Düşmən təxribatı zamanı 22 nəfər həlak olub
- Ermənistan yeni təxribata hazırlaşır? | Hələ də yuxusundan ayılmayan İrəvan
- Erməni hərbçi sərhəddə görün nə etdi | “Caliber.Az”dan qalmaqallı görüntülər
