Cəmiyyət
Pleyeri seçin:

Müdafiə Nazirliyindən məlumat | Bu hərbi qulluqçular ehtiyata buraxıldı

05 yanvar 2024

Müddətli həqiqi hərbi xidmət müddəti başa çatmış daha bir qrup hərbi qulluqçu ehtiyata buraxılıb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Azərbaycan vətəndaşlarının 2024-cü il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Prezidentinin müvafiq Sərəncamının icrasının təmin edilməsi ilə əlaqədar müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən Azərbaycan Ordusunun qoşun (qüvvə) növləri, birlik, birləşmə və əlahiddə hərbi hissələrdə müddətli həqiqi hərbi xidmət müddəti başa çatmış hərbi qulluqçuların tərxis edilməsi ilə bağlı tədbirlər davam etdirilir.

Tədbirlərdə əvvəlcə ulu öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Yola salma mərasimlərində çıxış edənlər Azərbaycan Silahlı Qüvvələrindən ehtiyata buraxılan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularını hərbi xidmətlərini layiqincə başa vurduqlarına görə təbrik edib, onlara gələcək işlərində uğurlar arzulayıblar.

Xidmət müddəti başa çatmış hərbi qulluqçular isə öz növbələrində Azərbaycan Ordusu sıralarında xidmət etməkdən qürur duyduqlarını bildirərək, hərbi xidmət dövründə qazandıqları müsbət keyfiyyətlərin və təcrübənin onların gələcək həyatlarında faydalı olacağına əminliklərini ifadə ediblər.

Xidmət müddəti ərzində fərqlənən bir qrup hərbi qulluqçuya Fəxri fərman və digər mükafatlar təqdim edilib. Tərxis olunan hərbi qulluqçular yaşadıqları bölgələrə yola salınıblar.

Bunlar sevinc göz yaşlarıdır | Laçına qayıdan ailələr duyğularını bölüşdü

Bunlar sevinc göz yaşlarıdır | Laçına qayıdan ailələr duyğularını bölüşdü

Cəmiyyət
28 iyun 2024
Xaçmazda Birinci Qarabağ müharibəsinin 3 şəhidi ilə vida mərasimi keçirildi

Xaçmazda Birinci Qarabağ müharibəsinin 3 şəhidi ilə vida mərasimi keçirildi

Cəmiyyət
28 iyun 2024
Polislərin vəfat etdiyi hadisənin təfərrüatı açıqlandı

Polislərin vəfat etdiyi hadisənin təfərrüatı açıqlandı

Cəmiyyət
28 iyun 2024
Heydər Əliyevin Çinə səfərindən bəhs edən sənədli filmin təqdimatı oldu

Heydər Əliyevin Çinə səfərindən bəhs edən sənədli filmin təqdimatı oldu

Cəmiyyət
28 iyun 2024
Azərbaycana dolu yağacaq | Hava haqqında məlumat

Azərbaycana dolu yağacaq | Hava haqqında məlumat

Cəmiyyət
28 iyun 2024
Bağça müəllimləri də sertifikasiyadan keçəcək | Təhsil naziri

Bağça müəllimləri də sertifikasiyadan keçəcək | Təhsil naziri

Cəmiyyət
28 iyun 2024
Emin Əmrullayev dərs saatlarının bölgüsündən danışdı

Emin Əmrullayev dərs saatlarının bölgüsündən danışdı

Cəmiyyət
28 iyun 2024
Neçə müəllim imtahana qədər öz ərizəsi ilə işdən çıxdı? | Təhsil Nazirindən açıqlama

Neçə müəllim imtahana qədər öz ərizəsi ilə işdən çıxdı? | Təhsil Nazirindən açıqlama

Cəmiyyət
28 iyun 2024
Yeni direktorlar yüksək nəticə göstərən müəllimlərin arasından seçiləcək | Emin Əmrullayev

Yeni direktorlar yüksək nəticə göstərən müəllimlərin arasından seçiləcək | Emin Əmrullayev

Cəmiyyət
28 iyun 2024
Yüksək bal toplayanların maaşı nə qədər artacaq? | Emin Əmrullayevdən açıqlama

Yüksək bal toplayanların maaşı nə qədər artacaq? | Emin Əmrullayevdən açıqlama

Cəmiyyət
28 iyun 2024
Seçilmişlər
icon