Naxçıvanda islahatlar davam edir
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov Mayis Abazər oğlu Əliyevin Naxçıvanın ekologiya və təbii sərvətlər naziri, Bədəl Həsənovun isə nazir müavini vəzifəsindən azad edilməsi haqqında sərəncamlar imzalayıb.
Digər sərəncamla Xanlar Aftandil oğlu Mustafayev Naxçıvanın ekologiya və təbii sərvətlər nazirinin müavini təyin edilib. Ekologiya və təbii sərvətlər nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti də Xanlar Mustafayevə verilib.
Qeyd edək ki, 31 yaşlı Xanlar Mustafayev bu təyinatadək Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyində müxtəlif məsul vəzifələrdə çalışıb, nazirliyin tabeliyində “Geoloji Kəşfiyyat Agentliyi” publik hüquqi şəxsin İdarə Heyəti sədrinin müavini postunu tutub.